Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Anar Məmmədovun ofisindən reportaj –Lələ köçüb, yurdu qalıb (FOTOLAR)

 

4be128bb3a787a9c2b23a9b6e909a3d6

Yenixeber.org:  Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus olan “Garant Holdinq”in bağlanması xəbərləri mətbuatın gündəmindədir. Bundan əlavə, KFC restoranlar şəbəkəsini idarə edən və Ziya Məmmədovun ailə biznes imperiyasını birləşdirən “Garant Holding”in portfelinə daxil olan “AFK” şirkəti mülkiyyətçisini dəyişib. Bu şirkətin sahibi hazırda ölkənin iri holdinqlərindən olan “Gilan Holding”dir.
Hazırda “Garant Holdinq”də nələrin baş verdiyini öyrənmək üçün musavat.com-un müxbiri holdinqin binasına üz tutub, maraqlı bilgilər əldə edib.

Ərazidə olduğumuz zaman öyrəndik ki, holdinqin fəaliyyəti artıq dayandırılıb. 11 mərtəbəli binada mühafizə işçilərindən başqa heç kim yoxdur. Holdinqin binasında yalnız “Əmrahbank” fəaliyyət göstərir.
Ətrafda olan şəxslərdən müəyyən bilgilər ala bildik. Bildirdilər ki, holdinq 4-5 aydır fəaliyyətini dayandırıb. Lakin 11 mərtəbəli binanın aşağı mərtəbəsində hazırda “Əmrahbank” fəaliyyət göstərir: “Bildiyimiz qədər bankın “Garant Holdinq”in binasındakı icarə müddəti başa çatır. 2-3 aydan sonra köçməlidirlər”.

pasa bankAdının çəkilməməsi şərti ilə bizə danışan mənbə qeyd etdi ki, “Garant Holdinq” “Paşa Holdinq” tərəfindən alınıb: “Çox güman bu binaya “Kapital” bankın filialı, ya da “Paşa Holdinq”in bir hissəsi köçürüləcək”.

Mənbə onu da bildirdi ki, keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədov ara-sıra holdinqə gəlir. Məlumata görə, binanın 4 mərtəbəsi hələ də onun tabeçiliyindədir. Anar Məmmədov deyilənə görə, Londonda yaşayır. Ona görə də onun ara-sıra ofisə gəlməsi haqda deyilənlər inandırıcı görünmədi:“Holdinqin bağlanma xəbərlərindən sonra qarajlarda olan avtomobilləri tələsik satışa çıxarırlar. Bu avtomobillər holdinqin xidməti avtomobilləri idi. Bir çoxu elan saytlarında satışa qoyulub, digərləri isə avtomobil bazarlarına çıxarılır. Avtomobil çox olduğundan hələ ki satış yekunlaşmayıb”.
“Garant Holdinq”in binasına bitişik 19 mərtəbəli bina da diqqətimizi çəkdi. Ətrafda olanların dediyinə görə, bu bina nazir oğluna məxsusdur və 2008-ci ildə tikintisinə başlanılıb. 4-5 ildir ki, hazır vəziyyətə gətirilib. Lakin içərisi tam şəkildə təmir olunmayıb. Üzərində holdinqin loqosu olsa da, orada hər hansı fəaliyyət yoxdur. Binanın satılacağı və yaxud icarəyə verilməsi kimi söyləntilər var. Bir ofisin qiyməti minimal olaraq 150-200 min manat dəyərində göstərilir”.
Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam