Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

London hücumunun məsuliyyətini İŞİD öz üzərinə götürüb

London

Özünü İslam Dövləti adlandıran qruplaşma iddia edir ki, çərşənbə günü Londonda baş verən hücumu “İslam Dövlətinin əsgəri” həyata keçirib.

Yenixeber.org:  Metropoliten polisi hücumçunun İngiltərənin Kent qraflığında doğulmuş 52 yaşlı Khalid Masood olduğunu deyib.

Parlament binası yaxınlığında avtomobillə adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirən hücumçunun özü polis atəşilə öldürülmüşdü.

Polis Khalid Masood-un hücum baş verdiyi zaman araşdırılma altında olmadığını və onun hücum törətmək niyyətində olması barədə məlumat olmadığını deyib.

Lakin polis Khalid Masood-a keçmişdə fiziki hücum, fiziki xəsarət törətmək, silah daşımaq və başqa ittihamlarla hökm oxunduğunu bildirib.

Silahlı insident zamanı xəsarət alanlar arasında 3 fransalı məktəbli və iki Rumıniya vətəndaşı var.

Ötən il avtomobil hücumuna məruz qalan Fransa və Almaniya liderləri Britaniyaya dəstək bildiriblər.

ABŞ prezidenti Britaniya təhlükəsizlik qüvvələrini tərifləyərək itkilərə bağlı baş sağlığını bildirib.

“Belçika terrora qarşı mübarizədə Britaniyanın yanındadır”, – Belçikanın baş naziri Charles Michel öz Twitterində yazıb.

Baş sağlığını Rusiya, Türkiyə və Kanada hökumətləri də bildirib.

Çərşənbə günü hadisə ilə bağlı Parisdəki Eyfel qülləsinin işıqları söndürülüb.

Həbslər

Hücumdan sonra həyata keçirilmiş polis reydləri nəticəsində 8 nəfər saxlanılıb, polis bildirir.

Çərşənbə günü Parlament binası yaxınlığında hücumçu idarə etdiyi avtomobillə səkidəki adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirib. Hücum edən şəxs hadisə yerində hüquq-mühafizəçilərin atəşilə öldürülüb.

Son məlumata görə, silahlı insidentdə 40 yaşlı qadın və 50 yaşlı kişi həyatını itirib. Polis onların adlarını açıqlamır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam