Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dadaşova bacıları “Ferrari” alarkən saxlanıldı -Moskvada

Rusiya polisi Moskva “Sberbank”ının iki qadın əməkdaşını dələduzluqda şübhəli bilərək saxlayıb.

Yenixeber.org:   Bu barədə Rusiyanın “Russia Today” (RT) portalının rus səhifəsi yazır.

Portal “Kommersant” qəzetinə istinadla bildirir ki, polis Məryəm və Tamilla Dadaşova bacılarını Moskvada lüks avtomobil salonlarından birində saxlayıb. Onlar 7 milyon rublluq “Ferrari”ni sənədləşdirirmişlər.

O da qeyd olunur ki, bacılar “Sberbank”ın əməkdaşları olublar və kiçik biznesə xidmət sektoruna baxıblar.

“Kommersant”ın bildirməsinə görə, hüquqi şəxslərin hesablarına çıxışları olan Dadaşova bacıları, avtomobilin alışından bir neçə gün öncə 40 milyon rublluq vəsaitin “nağdlaşdırılması üzrə əməliyyat keçiriblər”.

Bəzi məlumatlara görə, bacılar 4 milyard rubl əldə etməyə çalışıblar və onlara cinayət işi açılıb.

Hələlik, Dadaşova bacılarının, yaxud vəkillərinin bu ittihama münasibəti bəlli deyil.

Daha öncə ura.ru saytı yazıb ki, Tümen vilayətində bankın sosial işçisi və əməkdaşı veterandan 1 milyon rubldan çox oğurlayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam