Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir qadın edama məhkum edildi:“Yer üzündə fəsad törədir” - İranda

ff2bc35033a3e57e02280a0f800537cd

İranda il yarımdır Tehranın Evin zindanında saxlanılan və ötən ay Rey şəhərinin həbsxanasına köçürülən 50 yaşlı yazıçı, tərcüməçi və araşdırmaçı, Mərcan Davəri edama məhkum edilib.

Yenixeber.org:  İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Tehran inqilab məhkəməsinin 15-ci şöbəsinin rəisi, hakim Sələvatinin rəyasəti ilə keçirilən iclasında Mərcan Davəri, Sistemə qarşı çıxmaqda, yer üzündə fəsad törətməkdə, nigahdan kənar cinsi əlaqədə olmaqda, “Ekenkar” ürfan sektasına üzv olmaqda və islam dəyərlərinə zidd kitablar tərcümə etməkdə günahlandırılaraq edama məhkum edilib.

Bundan əvvəl “Mərifət yolu” adlı bir müəssisədə tədris edən, psixologiya, ürfan və metafizika sahələrinə aid bir neçə kitabı fars dilinə tərcümə edən Mərcan Davəri, 2015-ci ilin sentyabr ayında (1394cü il, mehrin 2-də) Kərəcin Mehrşəhr məntəqəsində atasının evində tutulub. Tehranın “Əl-Zəhra” Universitetinin qrafika ixtisası üzrə məzunu olan qadın yazıçı, həbs edildikdən sonra 3 ay müddətinə Tehranın Evin zindanında təkadamlıq kamerada saxlanılaraq təzyiq altında dindirilib, vəkildən məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam