Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Həşimov yalnız bankdan götürülən krediti klinikanın gəlirlərindən ödəməli olub" -Paşazadələrin şərikinin məhkəməsi yekunlaşır

скачанные файлы

Paşazadələrin şəriki olmuş Müğdət Həşimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatmaq üzrədir.

Xeberinfo.com:   Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə M.Həşimovun vəkili Elçin Sadıqov çıxış edib. Vəkil bildirib ki, Həşimov ittihamda qeyd edildiyi kimi mənimsəmə əməli törətməyib.
O, müvəkkilinin günahsız olduğunu söyləyib:“Həşimov heç bir cinayət əməli törətməyib. Dövlət ittihamçısı Həşimova bəraət istəmək əvəzinə ona 11 cəza tələb etdi. Həşimov öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talamaqda təqsirləndirilir.

Belə ki, “Medi-Sina” MMC-nin direktoru Ramazan Zeynalovun qeyri-yaşayış sahəsi banka girov qoyaraq 700 min pul götürülüb. Həşimov həmin krediti ödəyəcəyini vəd edib. Bundan əlavə isə Həşimov öz fərdi yaşayış evinin sənədlərini düzəltmək üçün Ramazan Zeynalovdan 70 min borc alıb. Sonra da həmin məbləği ödəməyib.

Prokurorluqda cinayət işinin açılması ilə bağlı qərardan görünür ki, Həşimov Ramazan Zeynalovdan 693 min manat alıb. Məqsəd isə klinikanın fəaliyyətinin təmin edilməsi olub. Cinayət işinin başlaması ilə bağlı qərardan da görünür ki, Həşimov əlavə olaraq cibindən 40 min manat da pul qoyaraq klinikanın fəaliyyətini təmin edib. Aydın görünür ki, Həşimovun bu məbləği nəinki talamaq məqsədi olub, hətta işin görülməsi üçün 40 min də əlavə pul xərcləyib. İttihamda yazılan 70 min manatlıq borcu da Həşimov inkar etmir və borc kimi aldığını etiraf edir. Ancaq klinikanın fəaliyyəti dayandırıldığı üçün pulu ödəyə bilməyib”.

Vəkil E.Sadıqov bildirib ki, M.Həşimov deputat Cavanşir Paşazadə və Ramazan Zeynalov tərəfindən hədələnib: “Cavanşir Paşazadə Həşimovu məcbur edib ki, banka 2018-ci ilə qədər öhdəliyi olan pulu təcili ödəsin. Əks halda onu həbs etdirəcək. Bu məbləği də deyilən müddət ödəmək mümkün olmayıb”.

Şəriklər Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.

Vəkil çıxışında qeyd ddib ki, bankdan MMC-yə ayrılan 693 min kredit təsisçilər Paşazadə Pakizə Qənbər qızı, Əliyev Atiq İlyas oğlu, Əliyeva Kamilə Cavanşir qızı və Paşazadə Məhəmməd Allahşükür oğlunun adına 173 min manat olmaqla verilib. Yəni, MMC-nin hesabından pulu Həşimov götürməyib. Ona görə də MMC Həşimova qarşı heç bir halda zərərçəkmiş tərəf və mülki iddiaçı kimi tanına bilməz”.

E.Sadıqovun sözlərinə görə, Həşimovla klinikanın şərikləri arasında imzalanan birgə fəaliyyət haqqında müqavilədə göstərilir ki, Həşimov yalnız bankdan götürülən krediti klinikanın gəlirlərindən ödəməli olub: “Həşimov kinikadan çıxarılan qədər bu öhdəliyini yerinə yetirib. Ramazan Zeynalov tərəfindən qaldırılmış iddiadan da görünür ki, müqaviləni də birtərəfli şəkildə o pozub”.

Vəkil Müğdət Həşimovun səhhətinin ağır olmasını da nəzərə alaraq məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, dövlət ittihamçısı Müğdət Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi martın 3-nə təyin edilib.

Qeyd edək ki, M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə də ittiham irəli sürülüb. Tərəflər arasında şərikliyin şərtinə görə Bank “VTB”dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub.

M.Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M.Həşimov arasında bölünməli imiş. M.Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam