Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.

Xeberinfo.com:  Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, idarəyə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyutanın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması barədə əməliyyat məlumatı daxil olub. Məlumata əsasən Bakı-Dubay aviareysi ilə gedən sərnişin, Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən nəzarətə götürülüb. Gömrük və sərhəd nəzarətindən keçən Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılaraq mütləq qaydada bəyan etməli olduğu mallar barədə şifahi sorğu-sual edilib. Həmin şəxsin qeyri-səmimi cavabları və hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan əl yükündə və üzərində müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsə məxsus bel çantasının cibindən bəyan etmədən gömrük sərhədindən keçirməyə cəhd göstərdiyi 396 ədəd hər biri 100 ABŞ dolları nominalında, şəxsi yoxlama zamanı isə əynindəki şalvarın sağ cibindən 8 ədəd hər biri 100 ABŞ dolları nominalında olmaqla cəmi 40 min 400 ABŞ dolları aşkar edilərək hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam