Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AXCP-nin daha iki fəalı həbs edildi

Xeberinfo.com:   Fevralın 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Masallı rayon şöbəsinin fəalları Elvin Bəhramov və Fərasət Əhmədov evlərindən polisə aparılıb və Masall rayon Məhkəməsi polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə onların hər birinə 30 sutka inzibati həbs verib. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Elvin Bəhramov

Elvin Bəhramov

G.Bayramlı AXCP-yə qarşı ölkəboyu təzyiqləırin davam etdiyini deyib. “Hər iki fəal facebookda tənqidi yazılarına görə həbs olunub. AXCP-yə ölkəboyu polis hücumu davam edir”, o qeyd edib.

Xatırladaq ki, fevralın 20-də daha bir AXCP fəalı Amil Məmmədzadə 30 sutka inzibati həbsə məhkum edilib.

Hüquq mühafizə orqanları bu həbslərlə bağlı hələ şərh verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam