Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Lukaşenko meşəyə göbələk yığmağa getsə Rusiya Belarusu tutacaq…”-Putinin müşaviri

Hazırda Rusiyanın bir nömrəli hədəfi Belarusdur.

Xeberinfo.com:   Bunu “Apostrof” (Ukrayna)  portalına müsahibəsində Rusiya prezidenti Vladimir  Putinin iqtisadi məsələlər üzrə müşaviri (2000-2005-ci illər) olmuş Aleksandr İllarionov deyib.

Hazırda Qərbdən Putinin keçmiş sovet respublikalarına qarşı hərbi təhdidlərlə müşaiyət olunan siyasətini tənqid edən İllarionovun bildirdiyinə görə, Rusiya 2015-2016-cı illərdə ABŞ-dakı seçki kampaniyasına “qeyri-konvensional müdaxilə” həyata keçirib. Keçmiş müşavir deyib ki, Avropanı heç bir dövləti Rusiyanın informasiya, korrupsiya, təbliğat, casus, hibrid xarakterli intervensiyasından sığortalanmayıb. “Konvensional (hərbi) müdaxiləyə gəldikdə isə hazırda bu cür müdaxiləyə məruz qalmağa 1 nömrəli namizəd Belarusdur”-İllarionov deyib.

 

Putinin keçmiş müşavirinin fikrincə bu müdaxilədə  çox şey ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenkonun səhhətindən asılı olacaq. Və onun Belarus rəhbərliyindəki digər şəxslərlə sutka boyu əlaqəsinin nə dərəcədə dayanıqlı olması vacibdir. “Əgər Lukaşenko məsələn, meşəyə göbələk yığmağa getsə və onunla əlaqə 24 saatlıq kəsilsə, müdafiə və daxili işlər nazirləri Lukaşenko ilə telefon əlaqəsi yarada bilməsə o zaman tamamilə ciddi risklər meydana çıxacaq”-İllarionov bildirib.

Putinin keçmiş müşaviri deyib ki, KTMT üzvü olan ölkələr Rusiyanın tamhüquqlu müttəfiqləri deyil. Onun fikrincə, bu məsələdə imperiya və onun müştəriləri arasında münasibətlərdən danışmaq daha münasib olardı. “Müttəfiq o deməkdir ki, əgər həmin blokda nəsə onu qane etmirsə oranı tərk edə bilər. İndi gəlin sual verək: Ermənistan Rusiya ilə hərbi ittifaqdan çıxa bilərmi? Sual tamamilə birmənalıdır”-keçmiş müşavir qeyd edib.

İllarionov deyib ki, ələvilər üçün Rusiya ilə ittifaq nə deməkdirsə Ermənistan üçün də Rusiya ilə ittifaq eləcə ölüm-qalım məsələsidir. “Rusiya rəhbərliyi isə bu və ya digər ölkənin mürəkkəb geosiyasi vəziyyətindən istifadə edərək bu münasibətlərdən öz maraqlarını təmin etmək üçün istifadə edir”-o deyib.

İllarionov razılaşır ki, Ermənistanda Rusiyanın Azərbaycana silah satmasına görə Moskvadan narazıdırlar. Lakin Ermənistan özü Gümrü bazasını rus hərbçilərinin yerləşdirilməsi üçün təqdim edib. “Ermənistan mürəkkəb geosiyasi vəziyyətdədir. Bir tərəfdən Türkiyə, o biri tərəfdən Azərbaycan, və Gürcüstanla qismən ensiz sərhəd zolağı. Gürcüstan Türkiyə və Azərbaycanla müqayisədə ciddi hərbi potensiala malik ölkə deyil, yəni həmin bazanın məhz kimə görə orada yerləşdirildiyi aydındır”-Putinin keçmiş müşaviri əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam