Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Samsung”un vəliəhdi həbs olunub:"Siyasi nüfuz qalmaqalı"

Cənubi Koreyanın texnologiya şirkəti “Samsung”un direktor köməkçisi və vəliəhdi Lee Jae-yong həbs olunub.

Xeberinfo.com:   O, dövlət başçısı Park Geun-hyenin səlahiyyətlərinin əlindən alınmasına yol açan korrupsiya və siyasi nüfuz qalmaqalı ilə bağlı araşdırma zamanı saxlanılıb.
Lee Jae-yong dövlət başçısı Park Geung-hyenin səlahiyyətindən sui-istifadə ittihamı ilə vəzifəsindən uzaqlaşdırılmasına yol açan korrupsiya və siyasi nüfuz qalmaqalında məhkəməyə ifadə verib. O, Geun-hyenin dostu Choi Soon-sil tərəfindən idarə olunan qurumlara yardım etməkdə günahlandırılaraq həbs olunub.
Məhkəmə yeni dəlillərin əldə edildiyini və Leenin qaçma ehtimalını qiymətləndirərək həbs qərarı verildiyini bildirib. “Samsung Group” açıqlamasında əsl gerçəklərin ortaya çıxması üçün əllərindən gələni edəcəklərini bəyan edib.
Lee Jae-yongun isə məhkəmə prosesi bitənə qədər həbsdə qala biləcəyi söylənir. Bu prosesin 18 aya qədər uzanması ehtimalı var. Jae-yongun Cənubi Koreyanın vəzifədən uzaqlaşdırılan keçmiş dövlət başçısına 38 milyon dollar rüşvət verdiyi iddia edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam