Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı -ŞOK

 

Dustaq xanımından sensasion açıqlamalar; 50 kiloqram qızıla görə tutulan Rövşən Əhmədov generalın qətli haqda şok ifadə vermək istəyir; Hərbi Hava Qüvvələri komandanını öldürən killeri Orta Asiyadan gətirdiblər!; “Rövşən Çingiz Baxşıyevin cinayətlərini Mədət Quliyevə çatdırmaq istəyir” 

 

 
Xeberinfo.com:  Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan dustaq Rövşən Əhmədov 2009-cu il, fevralın 11-də Bakının mərkəzində qətlə yetirilən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı ifadə vermək istəyir. Rövşən Əhmədov vaxtilə çalışdığı işlə bağlı 8 il əvvəl Bakının mərkəzində törədilən qətl işinin təşkilatçısı haqda bilgilərə malikdir. Onun iddiasına görə, Rail Rzayevi güllələyən killer Orta Asiya ölkələrindən birindən Bakıya gətirilibmiş...
Bu haqda “Yeni Müsavat”a Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədova məlumat verib. 
O bildirib ki, hazırda R.Əhmədovun həyatına təhlükə mövcuddur, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüb orada öldürmək planı var. 
 
Rövşən Əhmədov kimdir və Rail Rzayevin qətli haqda bilgilərə necə sahiblənib? 
Rövşən Əhmədov 2016-cı ilin aprelində Nəqliyyat Nazirliyində illərlə birgə çalışdığı yaxın qohumu Çingiz Baxşıyevin şikayət ərizəsi əsasında saxlanılıb. Onu Ç.Baxşıyevin 50 kiloqram qızılını oğurlamaqda ittiham ediblər. Hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. X.Əhmədova vaxtilə Nəqliyyat Nazirliyində müşavir vəzifəsini tutmuş Çingiz Baxşıyevin onun həyat yoldaşını aradan götürmək istəyinin səbəbini belə izah edib: “Rövşən Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edir. O, ölkə başçının müşaviri olan generalın zəhərlənməsi, general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istəyir. Rövşəni Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına köçürməsələr, Çingiz Baxşıyev əlaqələri vasitəsilə onu da zəhərlədib öldürəcək. Vaxtilə o, general rütbəsində olan müşaviri də Türkiyədən gətirtdiyi həblə zəhərləmişdi. Bunu Rövşən detallı şəkildə bilir. Həmin müşavir 9 ay müalicədən sonra zorla özünə gəldi. Rövşən həmin cinayət haqda məlumatlıdır. Rail Rzayevin killeri haradan gəlib, onu kim gətirdib, bunları da bilir. Çingiz Baxşıyev həyat yoldaşımı məhz bu cinayətlər haqda məlumatlı olduğuna görə öldürtməklə susdurmaq istəyir”.
“Rövşən sonradan onun belə göstərişlərini yerinə yetirməkdən imtina etdi”
 
Image result for Rail Rzayev
X.Əhmədovanın sözlərinə görə Ç.Baxşıyev əlaqələri, pula həris məmurların əli ilə bir müddət əvvəl onun həyat yoldaşını əvvəlcə Bakı İstintaq Təcridxanasından Şüvəlan İstintaq Təcridxanasına qanunsuz olaraq köçürülməsinə cəhd göstərib: “Bu cəhdləri baş tutmadı. Çingiz Baxşıyev açıq-aşkar bizə hədə mesajları yollayır, deyir ki, Rövşən Əhmədov susmalıdır, onunla haqq-hesab çəkəcəyəm. Bundan sonra isə mənimlə də haqq-hesab çəkəcəyini deyir. Özü yaxınlarının yanında deyir ki, Rövşən mənim qızıllarımı oğurlamayıb, amma yanımdan getdiyinə görə onu cəzalandıracağam, aradan götürəcəyəm. Məsələ də belə olub ki, Çingiz Baxşıyev 12 il Rövşənlə işləyib. Rövşənin adı ”Sərnişinnəqliyyat"da müfəttiş gedirdi. Faktiki isə Çingiz Baxşıyevin göstərişlərini yerinə yetirirdi. Həbsindən az əvvəl Çingiz Baxşıyev Rövşəni gecələr şəhərin müxtəlif nöqtələrinə göndərirdi. Bir dəfə deyib ki, “Comfort taksi”dən bir “BMW X6" götür get ”Spar" mağazasına, orada maşının işıqlarını iki dəfə ardıcıl, bir dəfə də qısa fasilədən sonra yandır söndür. Maşına gətirib yük qoyacaqlar, həmin yükü götür gəl. Rövşən də onun dediyini etmişdi. Maşına bir böyük çantada ağzına qədər pul qoymuşdular. Ondan sonra Rövşəni bir neçə dəfə “İvanovka” mağazasına göndərmişdi. Orada da eyni qaydada müəyyən işarələr veriləndən sonra maşına böyük “skvoyaj”da pul qoyulmuşdu. Bakıda S.Vurğun küçəsindəki çay fabrikinin yaxınlığına göndərmişdi, oradan da maşına çantalarla pul qoyulmuşdu. Rövşən sonradan onun belə göstərişlərini yerinə yetirməkdən imtina etdi. Bu, Çingiz Baxşıyevin xoşuna gəlməmişdi. Rövşənin “Sərnişinnəqliyyat”dan aldığı aylıq “paket” maaşını kəsdirmişdi. Rövşən də gedib işdən çıxması haqda ərizə yazmışdı. Çingiz Baxşıyev bu haqda məlumat alandan sonra Rövşəni yanına çağırıb dilə tutmağa çalışdı ki, işə qayıtsın. Demişdi ki, illərlə birgə işləyiblər, geri qayıtsın. Bu  söhbətdən sonra Rövşənə demişdi ki, guya İranda Azərbaycanın Müdafiə Nazirliyi ilə iş qurur, onu da ora özünün nümayəndəsi kimi göndərəcək,  ayda da 500 min dollar əmək haqqı verəcək. Rövşən isə razılaşmadı. Bildirdik ki, həmin iş dediyi qanunsuz fəaliyyətdir. Ona görə də razılıq vermədi. Bundan sonra Çingiz Baxşıyev ona vaxt vermişdi, demişdi ki, əgər təklifi ilə razılaşmasa, oğlumuzu ön cəbhəyə göndərəcək və orada öldürtdürəcək. Bu söhbət 2016-cı il aprelin 2-də  olmuşdu. Onun dediklərindən əsəbiləşən Rövşənlə Çingizin aralarında böyük mübahisə olmuşdu". 
Image result for killer
 
“Rövşəni dindirsələr, Rail Rzayevin qətli, general rütbəli müşavirin zəhərlənməsi...”
X.Əhmədova deyir ki, bu mübahisədən 2 gün sonra Ç.Baxşıyev həyat yoldaşına şər atmaqla onun tutdurub:  “Aprelin 4-də Çingiz Rövşəni qondarma, yalan şikayəti əsasında həbs etdirdi, aprelin 19-na qədər sənədsiz-sübutsuz onu həbsdə saxlatdırdı, həmin gün də ittiham verdirdi. Əgər Rövşən Çingizin 50 kiloqram qızılını oğurlayıbsa, niyə həmin qızılların pulu ilə məni müalicə etdirməyib? Axı mən 5 ildir ki, onkoloji xəstəyəm, kimyəvi terapiya hesabına yaşayıram. Pulumuz olsaydı, əməliyyata gedərdim. Çingiz Baxşıyev bütün bunları ona görə edir ki, Rövşən onun böyük dövləti cinayətləri haqda bildiklərini kimsəyə çatdıra bilməsin. Bilir ki, Rövşəni dindirsələr, Rail Rzayevin qətli, general rütbəli müşavirin zəhərlənməsi, ölkəyə at südü adı altında daşınanların əslində nə olduğunu açıb deyəcək. Çingiz Baxşıyev bu gün var gücü ilə çalışır ki, Rövşəni Bakı İstintaq Təcridxanasından çıxarsın, müalicə müəssisəsinə köçürüb orada öldürtsün. Rövşən onun cinayətlərinin lazımsız şahidinə çevrilib deyə onu hər vasitə ilə susdurmaq istəyir. Rövşən isə məhkəmədə susmur, danışır, bildiklərini deyir. Çingiz Baxşıyev acgöz adamlarla əlbir olub Rövşənə qarşı ölüm aktını tezləşdirmək üçün əlindən gələni edir. Özü deyir ki, Rövşəni susdurmaq üçün qızıl söhbətini ortaya atıb. Təsəvvür edin ki, bütün nəsli bir-birinə düşmən edib. Rövşənin Salyanda yaşayan bacılarını da onun üzünə qoyub. Guya Rövşən onları döyüb. Çingiz Baxşıyev Rövşənin bacısı Zərinə İsmayılovanın oğlu Təhmasib İsmayılovu narkotiklə həbs etdirəcəyi ilə hədələyib və öz doğma qardaşının üzünə qoydurub. Mən tələb edirəm, Rövşən oğurladığını iddia etdiklərini qoysunlar ortaya. Bu adam 3 gün əvvəl mühafizəçisini göndərib, deyir ki, qızılları istəmirəm, evinizi adıma keçirin, Rövşəni həbsdən çıxarım. Çingiz Baxşıyev görür ki, verdirdiyi saxta ittiham təsdiqini tapmır, bu yolla istəyir ki, bizi suçlu çıxarsın. Evi adına keçirək, desin ki, qızılların əvəzinə evi mənə verdilər. İstəyir ki, bu yolla saxta ittihamı təsdiqlətsin, Rövşəni uzunmüddətli həbsə göndərib orada öldürülməsinə nail olsun. Məni bu gün  heç kim eşitmir”.
Image result for Çingiz Baxşıyev
“Yalandan deyirlər ki, guya Bakıya at südü daşıyırlar”
X.Əhmədova ölkə başçısına videomüraciətinin hazır olduğunu, özünün və həyat yoldaşının başına bir iş gələrsə, ölkə rəhbərliyinə, beynəlxalq təşkilatlara göndəriləcəyini də açıqlayıb: “Rövşənin Çingizin elə cinayətləri haqda bilgisi var ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə çatdırmaq istəyir. Onu DTX-nin təcridxanasına köçürsünlər, orada təhlükəsizliyinə təminat versinlər, o bütün bildiklərini danışmağa, deməyə hazırdır. Çingiz Baxşıyev bu gün vaxtilə Rövşənə gördürtdüyü işləri öz kürəkəni Mübariz Ələkbərova gördürür. ”Comfort taksi"dən bahalı “BMW”, “Audi” götürürlər, Salyan yolundakı xüsusi məntəqəyə,  Quba yolundakı xüsusi məntəqəyə, Astaradakı yerlərə gedib maşına yükü vurub Bakıya gətirirlər. Yalandan deyirlər ki, guya Bakıya at südü daşıyırlar. Rövşən bunları bildiyi üçün onu aradan götürmək istəyir. Rail Rzayevin qətli də bu işlərə görədir. Rail Rzayev də, Çingiz Baxşıyev də, başqa bir general da Salyandandırlar. Bir-birilərini tanıyıblar, münasibətləri olub. Bu qətl elə-belə törədilməyib".
P.S Yazıda adı hallanan  hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam