Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rail Rzayevin qətlində Akif Çovdarov izi - Dəhşətli faktlar

 

Sabiq müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 7-ci ildönümü ərəfəsində onun ölümündən bir neçə gün öncə işçisinin oğurlanması ilə bağlı mətbuatda ilginc məlumatlar yayılıb. 

Xeberinfo.com:  R.Rzayev 2009-cu il fevralın 11-də Bakının mərkəzində başına yaxın məsafədən açılan atəşlə öldürüldü. Qətl o dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun eyvanının altında törədilib! Sonradan prezident yanında güc strukturları rəhbərlərinin iştirakı ilə qətllə bağlı keçirilən xüsusi müşavirədə Eldar Mahmudovun iştirak etməməsi də suallar doğurub. Təəssüf ki, general-leytenantın qətlinin üstü bu gün də açılmamış qalıb.

Məlumata görə, musavat.com-a Rail Rzayevin qətlindən 9 gün əvvəl - 2009-cu il fevralın 2-də HHQ HHMQ-nin mayoru Pərviz Zakir oğlu Həmidovun oğurlanması ilə bağlı ilginc məlumatlar daxil olub. Həmin gün axşam saatlarında Pərviz Həmidovu Bakının mərkəzindən, o dövrdə “Baksovet”, hazırda “İçərişəhər” adlanan metro stansiyasının yaxınlığından oğurlayıblar. Başına torba keçirilən mayoru 5 nəfər qandallayaraq qara rəngli “Cip”də naməlum istiqamətə aparıb. 

 

Yaxınları P.Hüseynovu bir neçə gün axtarandan sonra Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə üz tutublar. General-leytenant Rail Rzayev qətlə yetirilməzdən 2 gün əvvəl isə mayorun yaxınlarına zəng gəlib. Onlara deyiblər ki, heç yerə şikayət etməsinlər, Pərviz Həmidov MTN-dədir. Sonradan məlum olub ki, mayorun oğurlanması böyük bir planın tərkib hissəsidir. Oğurluq hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun adamlarının işidir. 

Mənbə bildirir ki, 1985-ci ildə Azərbaycandan Rusiya xüsusi təyinatlı hərbi məktəblərindən birinə iki nəfər - Pərviz Həmidov və o dövrdə Azərbaycanda ali təhsil ocaqlarından birinin rektorunun oğlu olan Polad Qasımov daxil ola biliblər. Təhsillərini bitirdikdən sonra xidmətlərini təyinatla Rusiyada davam etdiriblər. Orada xidməti başa vurduqdan sonra P.Həmidov ölkəyə qayıdıb və yüksək ixtisaslı kadr kimi HHQ HHMQ qərargahında işə götürülüb. P.Qasımov isə Azərbaycana çox sonralar qayıdıb və bir müddət Qəbələ RLS-də işə qəbul olunub. Orada xidmətdən təxris olunandan sonra isə özəl şirkət açıb və yaxşı gəlir əldə edə bilib. 

P.Qasımovun böyük gəlirlər əldə etməsi onu Eldar Mahmudovun komandasının diqqət mərkəzinə gətirib. Akif Çovdarovun dəstəsi günlərin birində Polad Qasımovu saxlayaraq ona barəsində məlumatlara malik olduqlarını deyiblər. Çox çək-çevirdən sonra isə P.Qasımova saxlanılmasının səbəbi aydın olub. Ondan biznes gəlirlərindən aylıq haqq verməsi tələb edilib. P.Qasımov “mahmudovçu”ların tələbləri ilə razı olmadıqda və qarşı tərəfin əlində onu saxlamaq üçün hər hansı bir əsas qalmadığından biznesmen azad olunub. Lakin “mahmudovçu” biznesmenə şərtlərini qəbul etməməsini bağışlamayıblar.

Mənbə deyir ki, P.Qasımovla “mahmudovçu”lar söhbət edərkən onu harada təhsil aldığını, ondan başqa Azərbaycandan həmin ali hərbi məktəbdə Pərviz Həmidovun da təhsil aldığını öyrəniblər. 

Və bu məlumat sonradan hər iki yüksək ixtisaslı zabitin həyatını alt-üst edib. 2009-cu il fevralın 2-də Pərviz Həmidov başına torba keçirilməklə oğurlanıb. Zabiti MTN binasına gətirib orada vəhşicəsinə döyüblər. Onu həyat yoldaşının MTN-ə aparılacağı ilə hədələyiblər. 

Üstəlik, hədələrin real olduğunu göstərmək üçün hərəkətlərə də əl atıblar. 1 həftəlik dəhşətli işgəncələrdən sonra P.Həmidovdan tələbə yoldaşının əleyhinə ifadə alınıb. Həmin ifadəyə görə guya P.Həmidov HHQ HHMQ qərargahında çalışmaqla məlumatlar əldə edib və məlumatları Polad Qasımova ötürüb. İşgəncələrlə alınan bu ifadə əsasında Polad Qasımov da saxlanılıb. Həmin dövrdə Rail Rzayevin öz işçisini xilas etmək istəklərinin baş tutmaması xəbəri də var. 

Qeyd olunur ki, komandan işçisinin günahsız olduğunu söyləməklə onun Azərbaycan əleyhinə hər hansı bir fəaliyyətlə məşğul olmadığını lazımi instansiyalara çatdırıb. Lakin ölümündən əvvəl komandanın özünün gözdən salınmasına xidmət edən hərəkətlərə yol verildiyindən onu eşitməyiblər. Yada salaq ki, Rail Rzayevin qətlindən sonra aydın oldu ki, o, ölümündən 1 həftə əvvəl izlənib. Bunu Müdafiə Nazirliyin Baş Qərargahından “Röyters” agentliyinə də təsdiq etmişdilər. Beləcə, iki Azərbaycan zabiti MTN-dəki çetenin qurbanına çevrilərək zindana yola salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam