Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Gəlib bu ziddiyyətlərə aydınlıq gətirməlidilər" -ZEYNALOV ŞƏRİFOVUN ADAMLARINI TƏLƏB EDİR

vidadi-zeynalov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov keçmiş nazir Əli Abbasovdan sonra indi də Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə çağrılmasını tələb edir.

Xeberinfo.com:   Deyir ki, bu adamlar dindirilsin, sonra ifadə verəcək. 153 milyonluq mənimsəmədə suçlanan Vidadi Zeynalov fevralın 8-də məhkəmədə bu haqda danışıb.

V. Zeynalov, eləcə də nazirliyin müxtəlif strukturlarında işləmiş daha 10 nəfərin işinə dörd aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Fevralın 8-də keçirilən məhkəmədə Vergilər Nazirliyinin nümayəndəsi Nail Xəlilov iştirak edib.

255 min ödənilib

Çünki Vergilər Nazirliyi təqsirləndirilən şəxslərdən Bayram Vəliyevə qarşı 255 min manatlıq mülki iddia qaldırıb. Bayram Vəliyev “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis”in rəhbəri olub.

Vergilər Nazirliyinin nümayəndəsi deyib ki, adıçəkilən MMC-lərin nazirliyə olan vergi borcu ödənilib. Hakim isə bildirib ki, belə olan halda, mülki iddia əsassız sayılır.

Məhkəmədə Ağstafa Poçt Filialının rəisi Əsəd Orucov, Samux Poçt Filialının müdiri Zirəddin Kərimov, özəl tikinti şirkətinin rəhbəri Vaqif Hacıyev şahid qismində dindirilib.

“Azərpoçt” MMC ilə əməkdaşlıq etdiklərini və işlər görülərkən qiymətlərin şişirdildiyini deyən Vaqif Hacıyev bildirib ki, ayrılan pulun bir hissəsini “Azərpoçt”un baş mühasibi Oktay Rüstəmova qaytarıblar.

Təqsirləndirilən şəxslər sırasında olan Oqtay Rüstəmov isə deyilənlərin yalan olduğunu söyləyib.

Şahid aliment verməmək üçün ölkədən qaçıb

Hakim şahidlərin bir hissəsinin məhkəməyə gəlməməsindən gileylənib. Məlumat verib ki, şahidlərdən Vəli Əliyev keçən ilin avqustunda vəfat edib, Şahin Məmmədov məzuniyyətdədir, Nofəl Qocayev onurğasından əməliyyat olunub və hazırda yataq xəstəsidir, daha bir şahid isə boşanıb, aliment verməmək üçün ölkədən qaçıb.

Ümumilikdə iş üzrə 206 şahid var ki, onların da 170-dən çoxu dindirilib.

Keçmiş Aparat rəhbəri Vidadi Zeynalov hesab edir ki, şahidlərin gəlməməsinə görə məhkəməni uzatmağa dəyməz. O, həmçinin onlara verilmiş ittihamlarda rəqəmlərin uyğun gəlmədiyini bildirib: “İttiham aktında yazılanlar arasında yanlışlar var. O sənədləri Maliyyə Nazirliyinin əməkdaşları tərtib ediblər. Ona görə də gəlib bu ziddiyyətlərə aydınlıq gətirməlidilər. Soruşaq ki, o rəqəmləri necə yazıblar”.

“Bakı Telefon Rabitə” İstehsalat Birliyinin keçmiş rəisi Beytulla Hüseynov da ittiham aktında ziddiyyətlərin olduğunu deyir. Onun sözlərinə görə, ittihamda yazılıb ki, “Eurovision 2012” ərəfəsində ölkənin müxtəlif ərazilərində və Bayraq Meydanında görülən işlər ya tam yerinə yetirilməyib, ya da görülən işlərə ayrılan vəsait şişirdilib: “İşlərin görülməməsi mümkün deyil. “Eurovision” ərəfəsində işlər görülüb. Ölkə rəhbərliyinin göstərişi idi. Bayraq Meydanı ərazisində də işlər tam şəkildə görülüb”.

Məhkəmə fevralın 15-də davam edəcək.

Xatırlatma

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam