Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Banka 623 min pul qoydu, “tələyə” düşdü –“300 min verməsən…” - "MTN işi"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə aparılan istintaq zamanı “Texnikabank” epizodu ilə bağlı 10-a yaxın şəxs zərərçəkmiş kimi tanınıb.

Xeberinfo.com:   Hazırda məhkəmə prosesi davam edən polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə zərərçəkənlərdən biri də biznesmen Mehrac Qurbanov olub.

İttihama görə, M.Qurbanov 2007-ci ildə “Texnikabank”a 623 min avro əmanət qoyub, 2008-ci ildə isə buna görə MTN-ə çağırılıb.

Orada Vüsal Ələkbərov ona “banka qoyduğun puldan imtina etməlisən, yoxsa başına oyun açacağıq, səni tutacağıq” deyib.

M.Qurbanov bu şərtlə razılaşmayanda V.Ələkbərov yeni təklif irəli sürüb. Ona deyib ki, 300 min dollar verərsə, əmanətini qaytarmağa kömək edərlər. Pul verməzsə, rəhbərliyin tapşırığı ilə onu həbs edəcəklərini bildirib.

Bundan sonra M.Qurbanov general Mövlam Şıxəliyevin qəbuluna aparılır. M.Şıxəliyev də ona “Vüsal Ələkbərovun dediyini etsən, sənə pulunu qaytarmağa kömək edəcəyik” deyərək onunla acıqlı danışıb. Həbs edilməkdən qorxan M.Qurbanov V.Ələkbərovu 200 min dollar verməyə razı sala bilib. Vüsal isə “pul sabah çatmalıdır” deyərək onu sərbəst buraxıb.

M.Qurbanov birbaşa Şirvan şəhərinə gedərək öz fermasından 30 qoyunu tanışı İsmayıl Əhmədova 3600 manata satıb, qardaşları Hüseyndən 10 min, Heydərdən 15 min, bibisi oğlu Kərimdən 20 min, tanışı Səmədağadan 50 min borc alıb, özündə də 50 min manat olub. Bu yolla 200 min dollar toplayaraq sarı rəngli torbaya qoyub və Vüsala zəng edib, onun tələbi ilə pulları MTN-ə aparıb və V.Ələkbərovun otağında onun özünə verib. Həmin vaxt MTN zabitindən banka qoyduğu əmanətin nə vaxt qaytarılacağını soruşduqda telefonla ona cavab veriləcəyi cavabını alıb. Təxminən 2 həftə sonra dəfələrlə Vüsal Ələkbərova zəng etsə də, zəngləri cavabsız qalıb. O da borc aldığı şəxslərə pulu nəyə görə aldığını və başına gələnləri danışıb.

M.Qurbanov bildirib ki, bacanağı Elşən Mədətovu da Vüsal Ələkbərov MTN-ə çağıraraq 250 min dollar alıb. Bundan sonra E.Mədətov infarkt keçirib.

Cinayət işinin materiallarında M.Qurbanov ilə V.Ələkbərov arasında bir neçə dəfə telefon danışıqlarının olması mötəbər sübut kimi qiymətləndirilib.

“Qafqazinfo”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam