Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Telman İsmayılov rəsmən müflis elan edildi

Moskva Dairə Arbitraj Məhkəməsi iş adamı Telman İsmayılovun müflis elan edilməsi ilə bağlı qərardan şikayətinə baxmaqdan imtina edib. Hakimlər bildiriblər ki, Çerkizovo bazarının keçmiş sahibi aşağı instansiya məhkəmənin qərarından şikayəti vaxtında verə bilməyib.

Xeberinfo.com:   “RİA Novosti”yə istinadən xəbərə görə, Arbitraj məhkəməsinin bildirdiyinə görə, İsmayılov şikayət ərizəsini noyabr ayının 24-nə kimi təqdim etməli idi. Sənədlər isə məhkəməyə yaknız dekabrın 28-də daxil olub. İş adamının gecikməni izah etmək üçün göstərdiyi səbəbləri məhkəmə üzrlü hesab etməyib.

Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib.

2015-ci ilin dekabr ayında Moskva vilayətinin Arbitraj Məhkəməsi kreditor Boris Zubkovun ərizəsi əsasında baxılan işin yekununda Telman İsmayılovu artıq müflis elan etmişdi. Lakin 2016-cı ilin martında bu qərar apellyasiya məhkəmısində ləğv olunmuşdu. Sonradan bu qərardan Telman İsmayılov Ali Məhkəməyə də şikayət ərizəsi vermişdi.

2007-ci ildə İsmayılovun təsis etdiyi “AST” qrupuna daxil olan təxminən 30 şirkətin illik dövriyyəsi, iş adamının öz sözlərinə görə, 3 milyard dollara bərabər idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam