Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gecə klubunda bıçaqlanma -Bakıda

Ötən gecə Bakının Nizami rayonu, "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda müştərilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Xeberinfo.com:   Salamnews xəbər verir ki, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlu gecə klubunda tanımadığı müştəri tərəfindən bıçaqlanıb. Yaralının xəsarətləri ağır olduğundan təcili tibbi yardım maşını ilə Su-tikinti xəstəxanasına aparılıb. 26 yaşlı gəncin üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, bıçaq daxilə nüfuz etdiyindən yaralının vəziyyəti ağırdır.

Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış rədbirləri nəticəsində Sabunçu rayon sakini, 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu tutularaq istintaqa təhvil verilib.

Bölmə rəisi Elmir Hüseynovun bildirdiyinə görə, hər iki şəxs müştəri olub və mübahisələri də rəqs üstündə düşüb. Bu zaman Vüsal İbrahimov bıçağa əl atıb.

Faktla əlaqədar materiallar toplanıb Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil veriləcək.

İbrahimov Vüsal Bəhir oğluna qarşı isə Cinayət Məcəlləsinin "Qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam