Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Lənkaran bazarında güclü yanğın: Obyektlər kül oldu

Lənkəran şəhərində yanğın baş verib.

 

Xeberinfo.com:   Bu barədə azvision.az-a Lənkəran şəhərinin bələdiyyə sədri Eldar Hüseynov məlumat verib. O, qeyd edib yanğın səhər saatlarında, Böyük Bazar ərazisində, kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasında qeydə alınıb:

“Yanğın elə də böyük sahəni əhatə etmirdi. Hazırda yanğın söndürülüb. Hadisə zaman ölən və xəsarət alan olmayıb”.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən
hadisənin başvermə səbəbləri araşdırılır. İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonunda olan sızmadır.

Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Lənkəranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. Məlumatda qeyd edilir ki, Lənkəran şəhərində mərkəzi bazarın ərazisində ümumi sahəsi 250 m2 olan, bir-birinə bitişik tikilmiş çayxananın yanar konstruksiyaları 55 m2 sahədə və telefon satışı mağazasının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 08:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam