Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Səfər Əbiyevin həbsi Şahin Sultanovdan asılıdır

 

 

                                 Hərbi Dəniz Qüvvələrində 97 nəfər həbs ediləcək

 

        Respublika Hərbi Prokurorluğu Hərbi Dəniz Qüvvələrində yoxlamaları davam etdirir.
    "Xeberinfo.com": Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, yeyintilərin miqdarı o qədər böyükdür ki, həbslər daha geniş çevrəni əhatə edə bilər.
    Bundan sonra hələ 97 nəfərin həbs olunacağı söylənilir. Əgər HDQ-nin sabiq komandanı, vitse admiral Şahin Sultanov “danışsa”, keçmiş müdafiə naziri Səfər Əbiyevin həbs olunması qaçılmazdır.
     Mənbənin bildirdiyinə görə, Şahin Sultanovun həbsi məhz Səfər Əbiyevlə sıx münasibətləri olan, ”kod 555” adı ilə tanınan, miçman Elxan Hacıyevin verdiyi ifadələrdən sonra reallaşıb.
    Xatırladaq ki, onun adı ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarının satılması, qanunsuz metal satışı, hərbi obyektləri, torpaq sahələrinin balansdan silinərək öz adlarına sənədləşdirilməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Quba, Qusar, Şəki və Türkiyədə villalar alınması, hərbi hissənin əsgər və işçilərini bu villalarda qanunsuz işlədilməsi, işçilərin rüşvətlə vəzifələrə təyinatı, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması kimi məsələlərdə hallanıb. 
   Mənbənin bildirdiyinə görə, istintaqın əvvəlində miçman Hacıyev susurmuş.

 

Sonradan prokurorluq Elxan Hacıyevin oğlu Rövzət Hacıyev barəsində yoxlamalara başlayıb. Evlər İdarəsinin rəisi olan Rövzət Hacıyevin adı qanunsuz mənzil alğı-satqısında hallanıb. Məhz oğlunun bu işlərdə adının hallanmaması üçün Elxan Hacıyev ifadələr verməyə başlayıb və Şahin Sultanov həbs olunub. Mənbəmiz qeyd edir ki, qanunsuzluqların miqdarı çox böyükdür. Təkcə bir gəmidə 400 ton oğurluq dizel yanacağı aşkarlanıb. Əgər indiyədək susan Şahin Sultanov ifadə verməyə başlayarsa, daha bir neçə generalın həbsi labüd olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam