Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Sabiq nazirin daha bir yaxın adamı həbs olundu

 

Sabiq müdafiə naziri Səfər Əbiyevin kadrlarının ordudan uzaqlaşdırılması prosesi davam etməkdədir. 

S. Əbiyevin yaxın ətrafı kimi tanınan və orduda yüksək post tutan rəis və komandirlər arasında artıq həbs olunanlar da var. 

"xeberinfo.com"ya daxil olan məlumata görə, HDQ-nın ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev həbs olunub. 

Polkovnik-leytenant vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Həbs olunan zabit HDQ-nın komandiri, vitse-admiral Şahin Sultanovun da yaxın adamı kimi tanınıb. 

Xatırladaq ki, S. Əbiyevin işdən çıxarılmasından sonra HDQ-nın komandan Şahin Sultanovun bu qoşun birləşməsində mövqeyi zəifləyib.

Müdafiə Nazirliyinin yeni rəhbərliyi HDQ-da da ciddi yoxlamalara başlayıb. Belə ki, artıq buna qədər HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu və sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev həbs olunub.

Hər iki şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Qeyd edək ki, Elxan Hacıyevin həbsindən sonra oğlu Rövzat Hacıyev də HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çıxarılaraq, istintaqa cəlb edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam