Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mirvari Qəhrəmanlını hədələyirlər:"Qəzalar haqqında danışmamağı tələb edirlər"

010600179605

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı dekabrın 26-da Səngəçalda qaz kəmərində partlayışa görə hakimiyyəti tənqid etdikdən sonra ünvanına hədələr aldığını bildirir.

Xeberinfo.com:   O, Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, əvvəllər də hədələr alıb. Amma boru kəmərində partlayışdan sonra hədələr sistemli xarakter daşıyır.

“Hələlik ad çəkməyəcəyəm, amma mənə qarşı sosial şəbəkələrdə kampaniya aparılır. Məndən neft hasilatı sahəsində qəzalar haqqında danışmamağı, yalnız SOCAR-ı öyməyi tələb edirlər. Mənə bildirirlər ki, qəzalar və siyasi məhbuslar haqqında yazdıqlarımın hamısı prezident administrasiyasına çatdırılır”, deyə Qəhrəmanlı bildirib.

O, hədələrin arxasında dövlət məmurlarının durduğunu istisna etmir.

“Mən daim hakimiyyətin neft strategiyasını, neftçilərin pis şəraitini tənqid edirəm. Qəzalarda və insan tələfatında məmurları təqsirli görürəm, habelə gənc fəalların əsassız həbslərini tənqid edirəm”, deyə Qəhrəmanlı bildirib.

O qeyd edib ki, hələlik hədələrlə bağlı rəsmi şikayət verməyəcək, amma hədələr kəsilməsə, bunu edəcək.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Turan-ın hədələri şərh etmək xahişinə cavabda bildirib ki, bu məsələnin Dövlət Neft Şirkəti ilə əlaqəsi yoxdur, ola da bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam