Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TRAMP NAZİR OĞLU İLƏ ŞƏRİKLİKDƏN İMTİNA ETDİ!

1464766680_55592

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş direktoru olduğu “The Trump Organization” Azərbaycanda mehmanxana tikintisi üzrə sazişi ləğv edib və Gürcüstandakı layihə barəsində analoji addım planlaşdırır.

Xeberinfo.com: Bu barədə “Associated Press” xəbər verib.

Agentliyin məlumatına görə, Tramp şirkətinin belə addımı onun tezliklə prezident kimi yüksək vəzifənin icrasına başlaması ilə bağlıdır. Milyarderin hər iki xarici layihəsi siyasi fiqurlarla bağlıdır və prezident reputasiyasına mənfi təsir edə bilər.

“The Trump Organization” həmçinin bu həftə Braziliyada mehmanxana tikintisi üzrə sazişi də ləğv edibv. Tramp bundan əvvəl isə Səudiyyə Ərəbistanındakı şəxsi şirkətlərini bağlayıb.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti olan Donald Trampın azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla biznes şərikliyi olub. Bakıda inşa edilən “Trump Tower” layihəsini Trampın şirkəti  Anar Məmmədova məxsus “Garant Holding”lə birgə həyata keçirirdi. İlk olaraq 2015-ci ilin iyununda açılışı gözlənilən, sonradan bir neçə dəfə açılış vaxtı dəyişdirilən otelin inşasına Trampın qızı İvankanın şəxsən nəzarət etdiyi bildirilirdi.

104085_src

Bəs bu layihəyə niyə son verilib?

  Sözügedən layihələrdə iştirak edən “Trump Organization” şirkətinin hüquqşünası Alen Garten deyib ki, bu qərar lisenziya sazişlərinin yerinə yetirilməməsi ilə bağlıdır.Digər səbəb Trampın inauqurasiyasından sonra maraqların toqquşmasının qarşısını almaq cəhdidir.

Lakin “The Asscociated Press” qeyd edir ki, biznesmenin Azərbaycan layihəsindən çıxması bəzi korrupsiya məsələlərinin ortaya gəlməsi və Azərbaycanın “çirkli pulların yuyulması üçün münbit ölkə” kimi qəbul edilməsi fonunda baş verə bilər.

1456472048_ziya-anar“Trampın şirkətinin Azərbaycandakı tərəfdaşı ölkənin nəqliyyat naziri, Amerikanın diplomatik sənədlərində adı “hətta Azərbaycan üçün olduqca böyük korrupsioner” kimi keçən Ziya Məmmədovun oğlu Anar Məmmədovdur” - deyə agentlik yazıb.

Öz növbəsində “Bloomberg” bildirib ki, Bakıdakı layihənin 2/3 başa çatıb. Bu layihədə iştirakla bağlı məlumat biznesmenin saytından yoxa çıxsa da, Tramp 2014-cü ilin ortalarından Bakıdan pul almaqda (3 milyon dollar) davam edib.

Prezident seçkilərində qalib gələn Tramp, böyük biznesinin olması səbəbindən tənqidlərə məruz qalıb. Ekspertlər hesab edirlər ki, aktivlərin olmasına görə maraqların toqquşması yarana bilər. Agentlik qeyd edir ki, Tramp dünyanın 20-dən çox ölkəsində 500-ə yaxın şirkətdə paya sahibdir.

Vaşinqtondakı mənbələr “Turan”a bildiriblər ki, əslində Bakıdakı otel Trampa məxsus deyil. Çünki Tramp ora pul qoymayıb. Sadəcə, o, otelə öz adının verilməsi hüququnu satıb. Buna görə Trampın firmasına hər il 320 min dollar ödənilib.

Qeyd edək ki, Trampın şəxsi maliyyə məlumatlarının açıqlanması formasında qeyd edilib ki, əmlakın idarə olunması və adının layihə ilə anılması üçün şirkət təkcə ötən il azı 2,5 milyon dollar gəlir əldə edib. Otel özü Anar Məmmədova məxsus olduğundan, bu pulu da Trampın şirkərtinə o ödəyb.

elton“Bloomberg”in məlumatına görə, müvafiq saziş 2012-ci ildə “Garant Holding”in rəhbəri Anar Məmmədovla imzalanıb. Trampın hesabına vəsait nazirin qardaşı və parlamentin deputatı Elton Məmmədovun adına olan firmadan daxil olub.

“Bloomberg”in Anar Məmmədovdan şərh almaq cəhdləri nəticəsiz qalıb. O, telefon zənglərinə, elektron məktuba və biznes tərəfdaşları vasitəsilə göndərilən məktublara cavab verməyib. “Onun əmisi Elton Məmmədov da şərh verməkdən imtina edib” – deyə Bloomberg yazır.

Qeyd edək ki, Donald Trampın Bakıdakı otelə şəriklikdən imtina etməsi barədə xəbər hələ ötən ilin avqust ayında meydana çıxmışdı. Trampın ABŞ prezidentliyinə namizədliyi təsdiqləndikdən dərhal  sonra Bakıda inşa edilən “Trump Tower”in adı Tramp Otellər Kolleksiyasının siyahısından çıxarıldı. Bu barədə həftənin 7 günü, sutkanın 24 saatı operativ xəbərlər yayan qeyri-kommersiya online jurnalı olan “Mother Jones” xəbər yaymışdı. Jurnalın bu haqda “Müsəlman ölkəsindəki Tramp otelinin adı Donald Trampın veb səhifəsindən yoxa çıxıb” adlı məqalədə məlumat vermişdi.

Həmin məqalədə deyilirdi: “Müsəlman ölkəsindəki otel layihəsi Donald Trampın veb səhifəsindən qeyb olub. Bəs Donald Trampın müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycandakı nəhəng lüks otel layihəsinə nə oldu?

561572Bu yay (2015-ci ilin yayı-müəl.), “Mother Jones” prezidentliyə respublikaçı namizədin azərbaycanlı milyarderlə olan razılığından xəbər vermişdi. Bu razılığa əsasən Trampın adı neftlə zəngin Azərbaycanın paytaxtı Bakıda 33 mərtəbəli, yelkən formasında olan şüşə binanın üzərinə vurulacaqdı.Amma bir zamanlar Tramp Təşklatının mətbuat şərhlərində təntənə ilə bəhs edilən bu layihə Tramp korporasiyasına aid veb səhifəsindən çıxarılıb. Saytda Tramp Otel Kolleksiyalarına daxil bütün prestijli otellərin adları sıralanıb ki, bura Nyu-York, Çikaqo, Las Veqas, Mayami, Törnberri (Şotlandiya), Rio de Janeyro və Balidəki otellər daxildir. Hələ açılışı olmayan otellər də daxil olmaqla, hər bir otelin ayrı veb səhifəsi də var. Bir zamanlar bu ilin dekabr ayında Bakıda açılışının baş tutacağı gözlənilən Tramp otelinin də veb səhifəsi var idi. Amma artıq o səhifə heç bir izahat olmadan yoxa çıxıb.

Bəs bu layihəyə nə olub? Tramp Təşkilatı şərh verməkdən imitna edir. Bu yaxınlaradək Bakıda yerləşən oteli təmsil edən publisist artıq bu layihə üzərində işləmədiyini və otelin aqibəti ilə bağlı sualları yalnız Trampın şirkətinin cavablandıra biləcəyini deyir. “Mother Jones” Tramp otelinin rezervasiya xəttinə zəng edərək, Bakıdakı oteli barədə məlumat almaq istəyib. Satış təmsilçisi layihənin təxirə salındığını və dəqiq açılış tarixinin müəyyən olmadığını bildirib.

Bakı oteli artıq siyasətçiyə çevrilən maqnat üçün böyük mahiyyət daşıyırdı. Bu yaxınlarda müsəlmanların ABŞ-a daxil olmasına qadağa tətbiq edilməsinə çağıran Tramp 2014-cü ilin noyabr ayında Bakı otelinin onun otellər zəncirinə daxil olacağını təntənə ilə elan etmişdi.“Bakı Tramp Beynəlxaıq Otel və Qülləsi” Tramp Təşkilatının geri çəkilməyən standartlarının və bizim təkcə dünyanın ən yaxşı layihələrinə imza atdığımızın göstəricisidir,” – deyə daşınmaz əmlak maqnatı öyünürdü: “Biz 2015-ci ildə açılanda, ziyarətçilər və sakinlər Bakıda misli görünməmiş bir dəbdəbəli əmlakda yaşamaq imkanı əldə edəcəklər (experience) və bu mülkiyyət dünyanın ən gözəl binalarından biri olacaq.”

Ancaq görünən odur ki, Trampın ABŞ prezidenti seçilməsi onun bu layihədə şərikliyini bitirməsinə səbəb olub.  Hər halda Tramp prezidentliyə namizəd olduqdudan sonra onun şirkətindən verilən rəsmi açıqlamalar bu işbirliyinə son verildiyini düşünməyə əsas verir.

Baxmayaraq ki, həm nəqliyyat naziri Ziya Məmmədov, həm də oğlu Anar Məmmədov Tramp ABŞ prezidenti seçildikdən sonra da onunla şərikli bizneslərinin olduğunu hər fürsətdə nümayiş etdirirdilər.

167996_res_01Hətta Anar Məmmədov seçkidən dərhal sonra  ABŞ-ın yeni prezidenti Donald Trampı də təbrik edib. O, sosial şəbəkədəki “İnstaqram” səhifəsində Trampın qızı İvanko Trampla çəkilmiş şəklini paylaşaraq “Mənim əziz dostum, Sizi və ailənizi bu tarixi gün münasibəti ilə təbrik edirəm”, – deyə  yazıb.

Nəqliyyat naziri Ziya Məmmədov isə bu yaxınlarda Trampla ortaq olduqlarını açıqlayıb. Trampla iş birliyimiz var… İş birliyimiz var deyəndə ki, oğlumla işbirliyi olub” – deyə bildirib.

Yəni, nazir və oğlu hər fürsətdə ABŞ prezidenti ilə yaxınlıqlarnı qabardıblar. Bəlkə də buna görə əvvəlcə Bakıda inşa edilən “Trump Tower”in adını Tramp Otellər Kolleksiyasının siyahısından çıxaran ABŞ prezidenti, indi şirkətin rəhbərliyinə bu layihədən tamamilə imtina etdiklərinə dair açıqlama ilə çıxış etməyi tapşırıb. Belədə, Anar Məmmədovun Trampa Bakıdakı otelə öz adının verilməsi üçün ödədiyi milyonların taleyinin necə olacağı qaranlıq qalır.  Ziya Məmmədov və oğlu ABŞ prezidentindən pullarını geri istəyə biləcəklərmi?

Azpolitika.info

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam