Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Tramp Azərbaycanda nə qədər pul qazanıb? -MƏBLƏĞ

 

Tramp Azərbaycanda nə qədər pul qazanıb? -

 

Amerika KİV-i 2014-cü ilin yanvarından 2016-cı ilin mayına qədər olan dövrdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Azərbaycanda nə qədər pul qazandığını açıqlayıb.
Xeberinfo.com:    Məlum olub ki, Tramp özü yalnız "Trump" adından istifadə üçün 2,8 milyon dollardan çox pul alıb.
Söhbət Azərbaycandakı təmtəraqlı Trump International Hotel & Tower Baku mehmanxanasından gedir.
Qeyd edək ki, virtualaz.org bir müddət öncə Amerika KİV-nə istinadən Azərbaycanda Donald Trampla əlaqəli ən azı beş obyektin olduğu barədə yazmışdı. Bu arada qeyd edək ki, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün Trampın ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinə göndərdiyi hesabatların yalnız birində Bakının adı 21 dəfə xatırlanır (Yeri gəlmişkən, orada Yerevan və ya Ermənistanın adı çəkilmir)!
Amerika nəşri ProPublica-nın yazdığı kimi, bütün bunlar əxlaq üzrə hüquqşünasların və ekspertlərin diqqətini çəkib. Çoxları hesab edirlər ki, hüquqi nöqteyi-nəzərdən Trampın xarici lisenziya razılaşmaları ABŞ Konstitusiyasını - hansının ki müddəaları prezidenti istənilən pul mükafatının, vəzifənin və ya titulun qəbulundan çəkindirir,- poza bilər. Konstitusiyanın pozulması isə impiçmentə gətirib çıxara bilər.
Ancaq bir "əmma" var. "Biz Trampın müddəaları pozduğunu necə biləcəyik?”-deyə ProPublica nəşri sual edir. Və özü də cavab verir: “Heç cür. Hər şeydən əvvəl informasiyanın açılması üzrə prezidentlərə qoyulan məhdudiyyət tələbinə görə”.
Bundan başqa Tramp, ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinin tələblərinə uyğun olaraq, 2018-ci ilin mayına qədər öz aktivləri, gəlirlər, hədiyyələr və qiymətli kağızların portfelləri üzrə illik kompleks hesabatı hazırlamaya bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam