Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Professoru döyüb bloka atdılar –“Nigar” Klinikasının həmtəsisçisidi

İdman bədən quruluşlu iki cavan oğlan “Nigar” Klinikasının həmtəsisçisi, Tibb Universitetinin ginekologiya kafedrasının professoru Şahbaz Şahbazovun zorla mənzilinə soxulublar və onu vəhşicəsinə döyüblər.

Xeberinfo.com:   Professora hücum edənlər mənzilin qapısını bağlayıblar və döyülmüş professoru blokda atıb gediblər. Bir qədər əvvəl virtualaz.org-la əlaqə saxlayan Ş.Şahbazov Daxili İşlər Nazirliyinin “102”xidmətinin Qaynar Xəttinə zəng vurduğunu deyib. Onun sözlərinə görə, hələlik heç bir reaksiya yoxdur. Professorun həyat yoldaşı yaxınlıqdakı polis bölməsinə gedərək baş verənlər barədə məlumat verib və şikayət ərizəsi yazıb.

Hazırda yaşadığı Həsən Əliyev, 10 A saylı binanın blokunda olan professor deyir ki, ona hücum edən şəxslər KİV-də klinikanın qanunsuz zəbt olunması ilə bağlı yazılanların qisası olub.

Professor Ş.Şahbazov ona olunan hücum faktının araşdırılması üçün mətbuat vasitəsilə ölkə rəhbərliyinə, Baş Prokurorluğa və Daxili Işlər Nazirliyinə müraciət edib.

Xatırladaq ki, bir müddət əvvəl virtualaz.org “Nigar klinikası”nın qanunsuz zəbt olunmasına cəhd edilməsi barədə yazı yazmışdı.

Xatırladaq ki, bu il noyabr ayının 5-də 40-50 nəfər bədən quruluşlu şəxslər tibbi müəssisənə zorla girib, növbədə olan tibb personalını qovub, xəstələri küçəyə qovublar. Sonra direktorun və baş mühasibin otağının qapılarını sındırıblar, kassa aparatını aparıblar, sənədləşməni, ştamplar, kompüterlər və s. özləri ilə götürüblər. Həkimlərə və tibb bacılarına isə elan ediblər ki, bundan sonra bu obyekt İlham Məmmədova aiddir. Ş.Şahbazov isə İlham Məmmədov bir neçə müəssisə üzrə onun ortağı olsa da, onun “Nigar” klinikasına heç bir aidiyyatı yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam