Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Təcili yardım” avtomobili qəzaya uğradı:xəstə öldü

775233a0-a23c-4a8b-ad3e-258f44ac986f_292

 


Xeberinfo.com:   “Report”un xəbərinə görə, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib.
Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli “Təcili yardım” avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Koorporativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda “Azsamand” markalı avtomobil qəfildən “Təcili yardım” maşınına çırpılıb. Əraziyə digər “Təcili yardım” avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam