Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq baş mühasibin həbs qoyulmuş mülkləri –ŞOK SİYAHI

house-money

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Aztelekom” İstehsalat Birliyinin həbsdə olan sabiq baş mühasibi Oktay Rüstəmovun mülklərinin sayı açıqlanıb.

Xeberinfo.com:  Trend-in məlumatına görə, bu barədə RYTN-nin həbsdə olan yüksək rütbəli məmurları barəsində başlanmış cinayət işi ilə bağlı ittiham aktında qeyd olunur.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 2015-ci il noyabr ayının 6-da ibtidai istintaqa daxil olmuş məktubda qeyd olunur ki, Rüstəmov Oktay Mirzə oğlunun adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayaış massivi, 45 a saylı fərdi yaşayış evi, Rüstəmov Əli Oktay oğlunun adına Xəzər rayonu, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi “Elektroştamp” b/y-nin 24 saylı bağ evi, Rüstəmova Aliyə Oktay qızının adına Səbail rayonu, İqor Ağayev küçəsi, 5 saylı evin, 30 saylı mənzili, Rüstəmova Validə Maşalla qızının adına Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 2 saylı evin, 41 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi və Rüstəmov Rüstəm Oktay oğlunun adına Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 45 saylı ev olması müəyyən edilib.

Binəqədi Rayon Məhkəməsində 2015-ci il il noyabr ayının 10-da çıxarılmış qərarla O.Rüstəmova və ailə üzvlərinə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayaış massivi, 45 a saylı fərdi yaşayış evi, Xəzər rayonu, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi “Elektroştamp” b/y-nin 24 saylı bağ evi, Səbail rayonu, İqor Ağayev küçəsi, 5 saylı evin 30 saylı mənzili, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 2 saylı evin 41 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi və Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 45 saylı evin üzərlərinə həbs qoyulub.

Qeyd edək ki, “Aztelekom” İstehsalat Birliyinin həbsdə olan sabiq baş mühasibi O.Rüstəmov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən RYTN-nin sabiq məmurlarının cinayət işi üzrə keçirilən məhkəmə prosesində mühakimə olunur. 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN-də həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıblar. Məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam