Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İltimas Məmmədovun kürəkəninin intiharında-gizlinlər, müəmmalar

 

61
İltimas Məmmədov

Dekabrın 27-də intihar xəbəri yayılan 1987-ci il təvəllüdlü Elvin Əliyevin özünü asmasının sirr pərdəsi qalxmayıb.

Yenixeber.org:  E.Əliyevin nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkəni olmasının üstündən sükutla keçilir.

Nə nazirlik məlumatı təkzib edir, nə işin təfərrüatı açıqlanır. İlkin səbəblərə görə, o, külli miqdarda borcu olduğuna görə intihar edib.

E.Əliyevin borclarına görə depressiyaya düşdüyü və xilas yolunu intiharda gördüyü qeyd olunur. Onun özünü asarkən evdə kimsə olmayıb.

Məmur kürəkəninin intihar məktubu buraxdığı haqda iddialar var. 30 yaşlı ailə başçısının intiharın səbəbləri Nərimanov rayon Prokurorluğunda araşdırılır.

Maraqlıdır ki, bu il oktyabrın 19-da nazir müavininin oğlu İdrak Məmmədov Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədovun qızı ilə ailə həyatı qurub.

Amma cəmi 2 ay sonra, Yeni il bayramı ərəfəsində nazir müavininin ailəsində bədbəxt hadisə yaşanır. İ.Məmmədovun üç övladı var.

Nazir müavini “rabitə işi”ndən mühakiməsiz çıxan yüksək vəzifə sahibidir. Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib.

B.Hüseynovun dediyinə görə, həmin pul BTRİB-in və nazirliyin digər strukturlarının vəzifəli şəxslərinin xərclərin şişirdilməsi, mənimsəmə və digər korrupsiya əməlləri nəticəsində keçmiş nazir Əli Abbasovun formalaşdırdığı “ümumi xəzinə”yə topladıqları pullardan verilib.

“Mən istintaq qrupunun rəhbərinə də dedim ki, bunları qaynadan, Əli Abbasovun yerinə keçmək üçün çalışan İltimas Məmmədov niyə həbs edilmir? Heç olmasa, obyektivlik naminə çağırılıb ifadəsi alına bilərdi.

Neçə dəfə təxribat törədib, pul hamıdan çox ona çatıb. Bu işlərdə daha günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək, Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Məhkəmə kimdən və niyə çəkinir?”

Bu sözləri isə məhkəmədə Rabitə Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov demişdi. MTN işinin bir qolu olan rabitə məhkəməsində istintaqa cəlb olunmayan, nazir vəzifəsini itirdiyi halda, hələ də nazir müavini postunda qalan, böyük sərvətlər, imkanlar sahibi olan İ.Məmmədovun kürəkəninin borca görə intihar etməsi müəmmalıdır…Yunis Cəfərov/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam