Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vidadi Zeynalov MTN generalları ilə üzləşdirilib

Xeberinfo.com:  Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanovla MTN-in Monitorinq Mərkəzinin həbsdə olan rəisi, general-mayor Teymur Quliyev Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə ibtidai istintaqa ifadə veriblər.

APA-nın məlumatına görə, S. Qurbanov ifadəsində bildirib ki, Vidadi Zeynalov hər ay mütəmadi olaraq ona pul göndərməyib. Lakin ondan bir neçə dəfə ad günü və toy şənlikləri üçün hədiyyə tapmasını xahiş edib. Həmin hədiyyələri ona sürücüsü Ramil adlı şəxs gətirib və o, hədiyyələrin dəyərini ödəyib.

S. Qurbanovun sürücüsü Ramil Əliyev isə şahid kimi ifadəsində göstərib ki, S. Qurbanovun tapşırığı ilə ayda bir dəfə V. Zeynalovun yanına gedib və ondan içərisində külli miqdarda pul olan sellofan paketi alaraq S. Qurbanova verib. Bu 3-4 il davam edib. Sonuncu dəfə 2015-ci il oktyabr ayında paketi alıb S. Qurbanova verib.

MTN Monitorinq Mərkəzinin həbsdə olan rəisi Teymur Quliyev isə ifadəsində V. Zeynalovu 20-25 ildir tanıdığını, onunla müxtəlif məclislərdə görüşüb söhbət etdiyini, ondan nəsə tələb etmədiyini və almadığını deyib. İstintaq zamanı V. Zeynalov S. Qurbanov və T. Quliyevlə üzləşdirilib.

V. Zeynalov 3-3,5 il ərzində S. Qurbanova hər ay 100.000 ABŞ dolları, T. Quliyevə isə 2013-cü ilin ortalarından başlayaraq hər ay 50.000 dollar göndərməsini onların üzünə deməklə bir daha təsdiq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam