Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İTV- nin kamerasını Nardaranda kim “sındırıb”?

oktay-gulaliyev1Bu gün Sabunçu rayon məhkəməsində 26 noyabr 2015- ci ildə Nardaranda baş vermiş məlum hadisələr zamanı həbs olunmuş daha bir qəsəbə sakini Mirzəyev Həsən Məmməd oğlu ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Xeberinfo.com:  Bu haqda özünün facebook səhifəsində Milli Şuranın üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat yayıb. Hüquq müdafiəçisi yazır:

“Mirzəyev Həsən Məmməd oğlu Cinayət Məcəlləsinin 221.2 və 186.1- ci maddələri ilə ittiham olunur. Məhkəmə prosesi şahid iştirak etmədiyinə görə təxirə salındı. Mirzəyev Həsən 26 noyabr hadisələri zamanı kənddə çəkiliş aparan İctimai Televiziyanın əməkdaşlarına məxsus videokameranı sındırmaqda ittiham olunur. Onun vəkili yoxdur. Məhkəmə prosesi olmadığına görə özünü görə bilmədik. Anasının və yaxınlarının verdiyi məlumata görə ötən məhkəmə prosesində İTV- nin əməkdaşları iştirak edib bildiriblər ki, onlara məxsus videokameranı H. Mirzəyev sındırmayıb. Ondan şikayətçi deyillər. Lakin jurnalistlər bu barədə yazılı ərizə yazmaq istəməyiblər, bildiriblər ki, rəhbərliyin razılığı olmalıdır.

Mirzəyev Həsən Məmməd oğlu 26 noyabr hadisələrindən 5 ay sonra, 19 aprel 2016- cı ildə həbs olunub. O istintaq zamanı işgəncələr və təhdid altında etirafedici izahata imza atıb. Amma məhkəmədə bildirb ki, çəkiliş zamanı meydanda olsa da videokamera sındırmayıb. Şahidlər də Həsənin jurnalistləri vurmadığını və kameranı sındırmadığını bildirirlər.

Xatırladaq ki, H. Mirzəyev FHN- nin Xəzər dənizinin Nardaran hissəsində xilasedici işləyirmiş. Zamanında insanları dənizdə batmaqdan xilas edən Həsənin indi özünü etmədiyi cinayətdən, şər- böhtandan xilas etmək lazımdır. Ümid edək ki, Sabunçu məhkəməsi, İctimai Televiziyanın rəhbərliyi və əməkdaşları baş verdiyi iddia olunan hadisəni dərindən araşdırıb lazımi addımlar atacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam