Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Redaktorun evini soydular

 

       “Qafqazinfo”nun redaktoru Günel Əbilovanın evində oğurluq hadisəsi baş verib. 

"xeberinfo.com": yeni ailə quran cütlüyün mənzilindən 600 manat pul, qızıl-zinət əşyaları və jurnalistə məxsus noutbuk oğurlanıb. 

Günel Əbilova bildirib ki, işdən qayıdarkən evin qapısının açıq olduğunu görüblər: “Dünən evə çatanda qapının açıq olduğunu gördük. Sonra da filmlərdə gördüyümüz səhnənin şahidi olduq. Evi alt-üst etmişdilər. 600 manat pul, toyda alınan qızılları və mənə məxsus olan noutbuku götürüblər. Dərhal polisə xəbər verdik və hadisə yerinə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin rəisi başda olmaqla bir qrup əməliyyatçı gəldi. Faktla bağlı araşdırma aparılır. İş birbaşa bölmənin rəisi Cavid Usubovun nəzarətindədir. Ümid edirəm ki, tezliklə oğrular tapılacaq”.

Günel Əbilova “kimdənsə şübhələnirsiz” sualına da cavab verib: “Düzü, Xətai rayonu, Gəncə prospekti 95 ünvanına 7 aydır köçmüşük. Hər gün evdən-işə, işdən-evə getdiyimiz üçün binada yaşayan bir qonşu ilə belə şəxsi əlaqəmiz yoxdur. Düşünürəm ki, bu sıradan bir oğurluq hadisəsi deyil. Yəni qapını döyüb, görüblər ki, evdə heç kim yoxdur, sonra daxil olublar silsiləsinə aid deyil. Kimsə bizi izləyib, hər gün işə nə zaman gedib-qayıtdığımızı öyrənib və işinin öhdəsindən peşəkarcasına gəlib”.

Sayt rəhbərliyi ümid edir ki, jurnalistin evini soyanlar tezliklə tapılaraq məsuliyyətə cəlb olunacaq. Ən azı jurnalistin silahı hesab olunan noutbuk tapılaraq geri qaytarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam