Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

DTX Çovdarovdan agentlərin pulunu tələb edir

covdarovLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generalı Akif Çovdarov və digər 3 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesinə Dövlət Təhlükəsizlik Xidməti də tərəf kimi qoşulub.

Xeberinfo.com:  “Qafqazinfo”nun məlumatına görə, DTX öz nümayəndəsi vasitəsilə mülki iddia ərizəsi ilə Bakı Hərbi Məhkəməsinə müraciət edib.

DTX ərizəsində A.Çovdarova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi üzrə qeyd edilən epizodda zərərçəkmiş kimi tanınmasını istəyib.

Belə ki, general bu maddə ilə dövlət büdcəsini mənimsəməkdə günahlandırılır. İttihama görə, A.Çovdarov agentura şəbəkəsinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan 2 milyon 917 min manat pulu mənimsəyərək şəxsi məqsədləri üçün xərcləyib.

DTX-nin ərizəsində həmin pulun müvafiq dövlət qurumuna, yəni MTN-in varisi hesab olanan DTX-yə aid olduğu bildirilib. Həmin məbləğin A.Çovdarovdan alınaraq DTX-ya verilməli olduğunu deyib.

Qeyd edək ki, A.Çovdarov ibtidai istintaq ifadəsində bu maddə üzrə özünü təqsirli bilmədiyini deyib və agentura şəbəkəsinin ifşa olunmaması üçün ifadə verməkdən imtina etdiyini bildirib. General həmin məbləğin agentlərə ödənildiyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam