Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çovdarova qarşı yeni ittiham - Agentura adı ilə 1 milyonu yeyib

covdarov-mehkeme2Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarova yeni maddə ilə ittiham irəli sürülüb.

Xeberinfo.com:   “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, baş prokuror Zakir Qaralov tərəfindən təsdiqlənən ittiham aktında A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 179.3.1 (Mənimsəmə və ya israf etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. A.Çovdarov bu maddə üzrə dövlət büdcəsini mənimsəməkdə təqsirləndirilir. O, büdcədən təxminən 1 milyon manat pulu agentura şəbəkəsinin saxlanması adı ilə götürərək mənimsəyib.

Akif Çovdarov istintaqda ifadəsi zamanı ittihamı qəbul etmədiyini bildirib. O deyib ki, pullar həqiqətən də agentlərə ödənib. Lakin, A.Çovdarov agentlərin kimliyini istintaqa açıqlamaqdan imtina edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam