Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Akif Çovdarovun məhkəməsi təxirə salındı: General ədalət istəyir (FOTOLAR)

Akif Çovdarovun məhkəməsi təxirə salındı - General ədalət istəyir (FOTOLAR)

 

 

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəmənin hazırlıq iclasının keçiriləcəyi gözlənilirdi.
Xeberinfo.com:   Akif Çovdarovun məhkəməsi təxirə salınıb. Buna səbəb Çovdarovun vəkilinin cinayət işi materialları ilə tanış olmamasıdır. Vəkil Kamandar Nəsibov məhkəmədən vaxt istəyib.
 
Məhkəmə prosesi oktyabrın 31-nə təxirə salınıb.
 
Musavat.com-a açqılama verən Kamandar Nəsibov deyib ki, müdafiə tərəfi cinayət işi materiallarının 30 cildi ilə tanış olub: "Qalan 26 cildlə tanış olmaq üçün məhləmədən vaxt istədik".
K.Nəsibov qeyd edib ki, Akif Çovdarov məhkəmədən işinə ədalətli şəkildə baxılmasını istəyib: "Akif Çovdarov dedi ki, ittiham aktında onun bəzi vətəndaşlara qarşı qanunsuzluq etdiyi, hüquqlarını pozduğu qeyd edilir. Akif Çovdarov öz hüquqlarının məhkəmədə pozulduğunu və işə ədalətli baxılmasını istədi".
Xatırladaq ki, ötən proses rəxirə salınmışdı. Buna səbəb Akif Çovdarovun vəkili Kamandar Nəsibovun vəsatət qaldıraraq nə özünün, nə də müvəkkilinin cinayət işu materialları tam tanış ola bilmədiyini bildirmişdi.
Vəsatət təmin edilmiş, vəkilə 15 iş günü müddətinə vaxt verilmişdi. Lakin əldə etdiyimiz məlumata görə, bu gün də prosesin naş tutmayacağı gözlənilir. Səbəb yenə də Akif Çovdarov və vəkilinin cinayət işi materialları ilə tanış olmamasıdır.
Qeyd edək ki,  əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib.
Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi  Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam