Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dəhşətli qətl: 5 uşaq anası döyülərək öldürüldü - Balakəndə

Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib.

Xeberinfo.com:  Hüquq-mühafizə orqanından APA-ya verilən məlumatına görə, hadisə rayonun Poçtbinə kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü, Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olub. Balakən Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kainat Çobanovanın əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib. Həyata keçirilən tədbirlər nəticəsində Zeynal Çobanov şübhəli şəxs qismində saxlanılıb.

Əlavə edək ki, onların 5 övladı var. Faktla bağlı Balakən Rayon prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam