Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

“Yanğın başlayandan dərhal sonra MTN-in əməkdaşları ofisimizi mühasirəyə aldılar”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberinfo.com:  Virtualaz.org saytının xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses Binəqədi rayon icra başçısının sabiq birinci müavini Qəzənfər Novruzov barəsində təyin edilən tibbi ekspertizanın rəyi açıqlanıb.

Hakim bildirib ki, Q.Novrozuv səhhəti ilə bağlı verilən rəydə qeyd olunub ki, onda qara ciyərin hepatit C virus mənşəli sirrozu, şəkərli diabet, arterial hipertenziya, xroniki xolesistit, xroniki prostatik xəstəlikləri müəyyən edilib: “Bu xəstəliklər ağır kliniki gedişə malikdir və xəstənin müalicəyə ehtiyacı var. Adekvat müalicələr davam etdirilmədiyi təqdirdə, qeyd olunan xəstəliklər kəskinləşərək arzuolunmaz sonluqla nəticələnə bilər”.

Dövlət ittihamçısı bildirib ki, Q.Novruzovun xəstəlikləri onun barəsində cinayət işinin icraatının dayandırılması üçün qanunvericilikdə müəyyən olunan ağır xəstəliklər siyahısına daxil deyil: "Buna görə də, həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur".

Vəkillər məhkəmə prosesinin videoçəkilişə alınması, zalda foto və video materialların nümayiş olunması üçün texniki avadanlıqların təmin edilməsi üçün vəsatət veriblər.

Videoçəkiliş aparılması barədə vəsatət təmin edilməyib, digər vəsatət isə təmin olunub.

Təqsirləndirilən Uğur Bəşirovun vəkili Cavid Rzazadə məhkəməyə təqdim etdiyi yanan binanın görüntüsünü əks etdirən 52 foto barəsində ekspertiza təyin olunması barədə ötən proses verdiyi və baxılmamış saxlanılan vəsatəti təkrar qaldırıb.

Hakim bu barədə qərar çıxarıldığı üçün yenidən müzakirə edilmədiyini bildirib.

Təqsirləndirilən Miryusif Mahmudov sərbəst ifadəsinə davam edib. O bildirib ki, binanın yandırılması üçün uzun müddət öncədən plan qurulub: "Yanğın başlayandan yarım saat sonra MTN-in xüsusi əməliyyat keçirərək bizim ofisi mühasirəyə alması müəmmalıdır. Bu yanğından 3 gün öncə Nərimanov rayonunda başqa bir binanı yandırmağa cəhd olunub, alınmayıb. Bununla bağlı cinayət işi də başlanılıb. Bu bina yanmağa başlayan kimi media məlumat yaydı ki, səbəb keyfiyyətsiz üzlüklərdi. Mən indi onları məhkəməyə verməliyəm? Mən həyatımı mübarizəyə həsr etmək istəmirəm, mən yaşamaq istəyirəm. MTN-də mənə yanıldıcı suallar verirdilər. Soruşurdular ki, rəqibin varmı, təzəlikcə işdən çıxardığın olubmu? Çünki gözəl bilirdilər ki, bir həftə əvvəl təsisçilərdən biri yila getmədiyimizə görə şirkətdən uzaqlaşmışdı. Günahı kiminsə üstünə atmaq istəyirdilər. Yanğın vaxtı da Sabunçu və Sumqayıtda binalarda üzlükləri sökənlər bir yerdən idarə olunanlar idi. MTN-dən prokurorluğa aparılanda sevindim, amma orada da müstəntiq qabağıma 3 kağız qoyub imzalatdırdı. Mayın 20-də prezidentin rəhbərliyi ilə keçirilən iclasda baş prokuror bizim şirkətə dair sənədləri təqdim etdi, amma bilmirəm nə səbəbə, fövqəladə hallar naziri bizim şirkət tərəfindən onlara sənəd daxil olmadığını dedi. Halbuki, biz bütün qurumlara lazımi sənədləri vermişdik. Mənə mütəşəkkil dəstə yaratmaq ittihamı verilib, amma burdakıları elə burada tanımışam".

Prosesdə təqsirləndirilənlərdən biri, "Dərnıgül Boru Zavodu" QSC-nin Laboratoriya müdiri Ağacavad Məmmədovun səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Qəzənfər Novruzovun da səhhəti pisləşdiyi üçün fasilə elan olunub.

Proses günün ikinci yarısında davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam