Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Mehriban zəif bənd kimi qurban gedib” - İlhamə Quliyevanın oğlu

ilhame

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xeberinfo.com:  APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Quliyevanın oğlu Orxan Nadirov şahid qismində ifadə verib. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, Mehriban Hüseynovada təqsir görmür: “Vüqar Bəkirov dedi ki, saxta vəsiyyətnamə var, onu təsdiqlətmək istəyirlər. Vüqar Mehriban Hüseynovanın səs yazısını təqdim etmişdi. Səs danışığında Mehriban Vüqardan dərman istəyir. Vüqar bunları mənə deyəndən sonra, İlhamə Quliyevaya da dedi. İstintaq zamanı ifadə verəndə əsəbi idim. Fikirləşirdim ki, İlhamə Quliyeva ilə münasibətimizi Mehriban pozub. Amma sonra gördüm ki, Mehriban zəif bənd kimi qurban gedib. İlhamə xanım da əsəbi adam idi, tez özündən çıxırdı. Anamla münasibətim may ayında pozulmuşdu.Həmin vaxt o, əməliyyat olunmuşdu. Zəng edib danışmışdım. Vüqar Bəkirovun isə mənimlə şəxsi düşmənçiliyi var imiş. Ona cinayət işi açılanda məni də şərləmək istəyirdi. O həbs olunandan sonra mən çox şeyi bilmişəm. Vüqar hər şeyi mənə başqa cür deyirdi. Bu plan da Vüqarın idi. Sadəcə, Mehribanı verdi qabağa. Mehribanı da təhrik edən o olub”.

Prokuror isə onun istintaq zamanı verdiyi ifadə ilə indiki arasında ziddiyyət olduğunu deyib. O. Nadirov ifadəsinin bəzi hissələrindən imtina etdiyini deyib. Bildirib ki, M. Hüseynovaya qarşı qərəzli ifadə verib.
Proses oktyabrın 4-də davam edəcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam