Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

RÖVŞƏN LƏNKƏRANSKİ GÜLLƏLƏNİB! – FOTO

rovshen

Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır. 

Xeberinfo.com:   Məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb. O, hazırda xəstəxanadadır.

Yaxınları onun yanına yollanıb.

Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

Hadisə nəticəsində R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.

İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.

Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Polis cinayətkarların axtarışına başlayıb.

***

İstanbulun Beşiktaş bölgəsində azərbaycanlı iş adamı Rövşən Əliyev güllələnib.

8ad4150161ef

 Milliyet.com.tr-yə istinadla xəbərə görə, hadisə gecə saat birin yarıında baş verib. R.Əliyev oteldə toplantı keçirdikdən sonra 90 ND 011 dövlət nömrə nişanlı avtomobilində oteldən çıxarkən naməlum şəxslər tərəfindən dayanacaqda hücuma məruz qalıb.

Cinayətkarlar avtomobili avtomat silahlardan atəşə tutublar. R.Əliyevin sürücüsü də onlara cavab atəşi açıb.

Atışma nəticəsində sürücü və R.Əliyev isə ağır yaralanıb. Xəstəxanaya götürülən sürücü ölüb, R.Əliyev isə ağır yaralıdır.

Bəzi KİV-lərin yazdığına görə, güllələnən şəxs məşhur avtoritet Rövşən Lənkəranskidir.

Polis hadisənin səbəblərini araşdırır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam