Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda itkin düşən ərəb turist tapıldı

 

Bakıda itkin düşən ərəb turist tapıldı
Ötən gün Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) 17 yaşlı vətəndaşı Sultan Abdulla tapılıb.
Yenixeber.org: BƏƏ-nin Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Kərimov AzVision.az-a bildirib ki, daun sindromlu turist dünən saat 23:30-da tapılıb.

“Onu öz həmyerlisi olan turist tapıb. Nizami küçəsindəki ("Tarqovi") kafelərdən birində olub. Onu görüb səfirliyə məlumat vermişdi. Sonra valideynlərinə təhvil verildi”.

Qeyd edək ki, daun sindromlu turist Sultan Abdulla dünən saat 05:30-da "Winter Park" hotelini tərk edərək geri qayıtmayıb. O, anası, iki xalası və xalasının uşaqları ilə birlikdə bazar günü Azərbaycana gəlib. Sultan daun sindromlu olduğundan yaddaş problemi var. Kameralar göstərir ki, o, səhər saat 5 radələrində yuxudan durub, paltarını geyinərək oteli tərk edib. Yolu keçərək "Qış parkı"na tərəf gedib. Ondan sonra yoxa çıxıb.

Aytən Zəhra

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam