Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq Aparat rəhbəri beynəlxalq axtarışa verildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov "İnterpol" xəttilə beynəlxalq axtarışa verilib.

Xeberinfo.com:  Bu barədə "Report"a vəkil Kamandar Nəsibov bildirib.

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi Eynur Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar sabiq Aparat rəhbəri ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün "İnterpol"a müraciət edilib.

Qeyd edək ki, AQUPDK-nın sabiq Aparat rəhbəri S.İmanovun vətəndaş E.Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar həmin komitədən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı qeyd olunan komitənin sabiq Aparat rəhbəri S.İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş E.Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam