Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Biznesmenin qətlinin sifarişçisi tutuldu

tapanca-ates

Rusiyanın Sankt-Peterburq şəhərində qətlə yetirilən biznesmen Maarif İsmayılovun qətlinin sifarişçisi saxlanılıb.

Xeberinfo.com:   45 yaşlı Azərbaycan vətəndaşı Əfqan A. Sofiyski tərəvəz bazasında ticarətlə məşğul olan 43 yaşlı İsmayılovun qətlini sifariş etməkdə şübhəli bilinir.

Onun Maarif İsmayılovu öldürən 27 yaşlı Emil Hüseynova silah verdiyi və qətlin həyata keçirilməsi vaxtı onun hərəkətlərinin koordinasiyasını həyata keçirdiyi ehtimal olunur. Hazırda Əfqan A. barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarın verilməsi gözlənilir.

Sankt-Peterburq şəhərində kütləvi dava zamanı qətlə yetirilmiş İsmayılov uzun müddətdir ki, Rusiyada çalışırmış. İsmayılovun Sankt-Peterburqda biznesi olub. İsmayılov iyunun 20-də Sankt-Peterburqda Sofiyski tərəvəz bazasında 100-200 nəfərin iştirakı ilə baş verən kütləvi dava zamanı öldürülüb. Onun borc üstündə öldürüldüyü bildirilirdi.

Maarif İsmayılovu 27 yaşlı azərbaycanlı keçmiş polis işçisi Emil Hüseynovtapançadan açdığı atəşlə qətlə yetirib.

Hadisədən sonra qaçmaq istəyən Hüseynov ticarətçilər tərəfindən yaxalanıb. Hüseynov onu yaxalayanlara İsmayılovu 10 milyon rubl (238 min manat) müqabilində sifarişlə öldürdüyünü bildirib.

Hüseynov yaxalanarkən ticarətçilər tərəfindən döyüldüyündən xəstəxanaya yerləşdirilmişdi. Sankt-Peterburqməhkəməsinin qərarı ilə Emil Hüseynov barədə iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Rusiyanın Sankt-Peterburq şəhərində qətlə yetirilən iş adamının cənazəsi iyunun 23-də Azərbaycana gətirilərək dəfn edilib. 43 yaşlı Maarif İsmayılovdoğulduğu Lənkəranın Boladi kəndində basdırılıb. (ANS PRESS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam