Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bələdiyyə sədri ilə müavini əlbəyaxa oldu - ŞOK OLAY

qadin davaBakının Binəqədi rayonu, Binəqədi Rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Starə Cabbarlı ilə müavini Sabir Həsənov əlbəyaxa dava edib.

Xeberinfo.com:   Bələdiyyənin adının çəkilməsini istəməyən əməkdaşının verdiyi xəbərə görə, davaya səbəb sədr Starə Cabbarlının Sabir Həsənovu müavin vəzifəsindən uzaqlaşdırmaq istəməsidir.

Belə ki, bələdiyyənin sədr müavini Sabir Həsənov öz kabinetində, bələdiyyənin digər üzvləri ilə vergi yığımları haqda danışırmış. Elə bu vaxt otağa daxil olan xanım sədr, müavini alçaldıcı sözlərlə təhqir edib. Bununla da kifayətlənməyən Starə Cabbarlı, Sabir Həsənovun yaxasından tutaraq onu bələdiyyədən qovduracağını bildirib.

Məsələdən xəbər tutan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov birinci müavini İlqar Süleymanovu və YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovu dərhal bələdiyyə göndərib. Bələdiyyəyə gələn müavin və sədr onları sakitləşdiriblər.

Daha sonra məlum olub ki, bələdiyyə sədrinin Sabir Həsənovu vəzifəsindən uzaqlaşdırmaq istəməsinin səbəbi, vergi yığımını lazımi qədər həyata keçirə bilməməsidir. Xanım sədr vaxtilə Veggilər Nazirliyində çalışan və hazırda Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlovu,Sabir Həsənovun yerinə gətirərək, vergi yığımında vəziyyəti yaxşılaşdırmaq istəyir.

Qeyd edək ki, Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlov, Vergilər Nazirliyində çalışıb və işində yol verdiyi nöqsanlara görə nazir Fazil Məmmədovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb. (bizimyol.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam