Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

POLKOVNİKİN ÖLÜM İŞİ QAPADILDI!

ilqar-aliyev

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin (ATM) rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin müəmmalı ölümünün araşdırılması dayandırılıb.

Xeberinfo.com:   Musavat.com-a daxil olan məlumata görə, “MTN çetesi”nin məşhur simalarından olan İ.Əliyevin ölümünün araşdırılmasının dayandırılması “cinayət tərkibinin müəyyən olunmaması” ilə əlaqədardır.
Başqa sözlə, İlqar Əliyevi kənardan kiminsə özünü öldürməyə məcbur etdiyini müəyyən etmək mümkün olmayıb. İlqar Əliyevin ölüm işi bir neçə dəfə bir prokurorluqdan digərinə ötürülüb…
Ötən il dekabrın 20-də İ.Əliyevin asılmış vəziyyətdə olan meyitini saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı kamerada aşkarlamışdılar. Bundan sonra fakt üzrə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanmışdı.
Bir neçə gün sonra isə cinayət işi Sabunçu Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verilmişdi. Bir müddət cinayət işinin materialları Bakı Şəhər Prokurorluğunda saxlanıldı və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə ötürüldü. Müəmmalı ölümdən ötən 6 aydan bir qədər artıq müddət ərzində istintaqın gedişatı haqda ictimaiyyətə məlumat verilməyib.
Qeyd edək ki, 2015-ci il dekabrın 20-də saat 15:55 radələrində barəsində həbs-qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.
Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.
Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Hadisə yeri Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılırdı.
Yada salaq ki, İlqar Əliyev Cinayət Məcəlləsinin 302-ci -əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma – qanunsuz dinləmə, 308-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 309-cu – vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunmuşdu. O, “MTN çetesi”nin əsas aparıcı fiqurlarından biri olmaqla qanunsuz göstərişlərin əsas icraçısı kimi tanınırdı. İ.Əliyevin bildiklərini dilə gətirməsi illərlə bağlı qalan səs-küylü cinayətlərin üstünün açılması, həmin cinayətlərin sifarişçilərinin ifşa olunmasına səbəb ola bilərdi…

Akif Çovdarov susqunluğunun səbəbi nədir?

covdarovBİT-dəki kamerasında asılmış vəziyyətdə aşkarlanan İlqar Əliyev qədər məşhur olan MTN-in digər generalı Akif Çovdarov haqda da məlumat var. “Azadlıq” qəzeti yazır ki, həbsdəki odioz generalın Bakı İstintaq Təcridxanasındakı kameradan tibb məntəqəsinə yerləşdirilməsi müəyyən anlaşmanın nəticəsidir. Mötəbər mənbəyə istinad edən qəzet yazır ki, Akif Çovdarov 2 həftədən çoxdur ki, tibb məntəqəsindədir.“Akif Çovdarovun səhhətində ciddi problem varsa, o, mütləq Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməlidir. Onun özü istəməsə belə. Amma belə görünür ki, onun səhhətində elə də ciddi problem olmayıb. Bu halda isə o, 2 həftədən artıq tibb məntəqəsində saxlanılmamalı idi”,- deyə mənbə iddia edib.
Qeyd edək ki, Akif Çovdarovun səhhətinin pisləşməsi və Bakı İstintaq Təcridxanasının tibbi məntəqəsinə yerləşdirilməsi barədə məlumat mayın 20-də yayılıb.
Həmin məlumatda deyilirdi ki, Akif Çovdarovun səhhətində qəfil problem yaranıb və o özünü pis hiss edib. Bununla bağlı Baş Prokurorluğa müraciət edilərək generalın tibbi müayinədən keçirilməsi üçün komissiyanın yaradılmasına icazə istənilib.
Müraciətdən sonra Çovdarov həkim komissiyasının vasitəsilə müayinə olunub və ürəyində ciddi problem aşkarlanıb. Məlumata görə, Akif Çovdarov tibbi müayinədən keçiriləndən sonra təcili Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb. O, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib. Bu məlumat yayılan vaxt təhlükəsizlik üzrə ekspert İlham İsmayıl belə bir açıqlama vermişdi: “O, uzun müddət orada qalsa o zaman müəyyən yumşalmadan söhbət gedə bilər. Sadəcə olaraq, yardım göstərib, bir-iki həftəyə geri qaytarılacaqsa, o zaman belə çıxacaq ki, o həqiqətən də xəstədir”.
A.Çovdarovun tibb məntəqəsinə yerləşdirilməsi bu barədə məlumat yayılandan gündən, yəni mayın 20-dən hesablansa (bundan əvvəl də ola bilər) onun 2 həftədən artıqdır ki, tibbi məntəqəsində olduğu aydın olur. Bu halda mənbəmizin iddiasının əsassız olmadığını söyləmək olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam