Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq MTN generalına “qanunsuz dinləmə” ittihamı verildi

Sabiq MTN generalına “qanunsuz dinləmə” ittihamı verildi

Vasif Talıbovun dinlənilməsi məsələsi yenidən gündəmə gəldi; vəkildən ilginc iddia: “Prokuror Vəli Əsgərovu şəxsən döyüb, təhqir edib...” 

 

Xeberinfo.com:   Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun, onun yaxınlarının evlərinin ətrafına qoyulan polis postları götürülüb. Keçmiş nazirin cinayət işi üzrə istintaq araşdırmaları sona çatıb. Bu haqda “Yeni Müsavat”a onun vəkili Vüqar Xasayev bildirib. 
Onun sözlərinə görə, hazırda V.Əsgərov faktiki olaraq müdafiəsizdir: “Mənə və digər vəkil Tofiq Allahverdiyevə Vəli Əsgərovla görüşməyə imkan vermirlər. Bu səbəbdən müdafiə hüququnu qura bilmirik”. Xasayev deyib ki, istintaqın əvvəlindən V.Əsgərovun müdafiə hüququ pozulub. 
 
V.Xasayev deyir ki, V.Əsgərovla mayın 24-də görüşə bilsə də, konfedensial ünsiyyətlərinə şərait yaradılmayıb: “Mən Vəli Əsgərova təqdim olunanda ona yeni məzmunda ittihamlar verildi. İlk əvvəl Vəli Əsgərova qarşı Cinayət Məcəlləsinin  179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Həmin gün isə yeni maddələr də əlavə olundu. 308.1 maddəsini 308.2-yə, 309.1 maddəsini 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. Vəli Əsgərova telefon danışıqlarını qanunsuz dinləmə - 302.2 maddəsi ilə də ittiham elan olundu”.
 
 
Sabiq nazirin vəzifədən çıxarılmasının kökündə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu və ailə üzvlərini dinləməsinin dayandığı bildirilirdi. O zaman 302.2 maddə ilə V.Əsgərova ittiham elan olunması həmin məlumatların doğru olmasının təsdiqlənməsi deməkdirmi?   
Vəkil bildirdi ki, iltizama qol çəkdikləri üçün 302.2 maddəsi ilə ittihamın mahiyyəti üzrə nəsə demək istəmirlər: “Yeni ittiham elan olunduqdan sonra Vəli Əsgərova hüquq və vəzifələri yenidən izah olunmalı, istintaq qrupuna etirazının olub-olmaması xəbər alınmalıdır. Bu, qanunun tələbidir. Vəli Əsgərov ondan bu haqda soruşulanda bildirdi ki, 2016-cı il aprelin 7-də, həbs olunan günün səhəri onu Naxçıvan Prokurorluğuna gətiriblər. Orada müstəntiq Elşad İbrahimovun kabinetində Naxçıvan prokuroru Səbuhi Şahverdiyev onu şəxsən döyüb, təhqir edib. Buna görə də Vəli Əsgərov  Naxçıvan prokuroru və onun tabeçiliyindəki istintaq qrupunun bütün üzvlərinə etiraz etdi. Bu məsələ protokola salındı və qeyd olundu ki, Vəli Əsgərov onu şəxsən döyüb təhqir edən şəxsin rəhbərliyi altında obyektiv istintaq aparılmasına inanmır, şübhə ilə yanaşır. Bundan sonra Vəli Əsgərov etiraz təmin olunana qədər Naxçıvan Prokurorluğunun müstəntiqlərinə ifadə verməkdən imtina etdi. Protokolu biz vəkillər də imzaladıq”. 
V.Xasayev deyir ki, etiraz baxılması üçün Baş Prokurorluğa göndərilib: “Həmin gün günortadan sonra saat 3-də bizə Naxçıvan Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəis heyəti tərəfindən görüşə imkan verilmədi. Saat yarım bizi gözlətdilər, dedilər ki, müstəntiqlər müəssisəyə gəlirlər. Gözlədik, gəldilər və məlum oldu ki, bizim etirazımızı faksla Baş Prokurorluğa göndəriblər. Dedilər ki, etiraza baş prokurorun müavini Rüstəm Usubov baxıb və təmin etməyib. Əgər cinayət işinin materialları Naxçıvan Prokurorluğundadırsa, Rüstəm Usubov Bakıda oturub həmin materiallara necə baxa bilərdi? Biz dedik ki, Vəli Əsgərov ifadə vermək istəyir. İstintaq qrupunun rəhbəri Elşad İbrahimov dedi ki, Vəli Əsgərovdan ifadə almayacaqlar və istintaqı tamamlayırlar. Buna etiraz etsək də, istintaqın tamamlanmasını elan etdilər. Axşam saat 5-də bizə 3 cild cinayət işinin materiallarını verdilər. Tələb etdik ki, həmin cildlərdəki vərəqlərin surətini bizə versinlər. Dedilər ki, səhər həmin vərəqlərin surətini bizə verəcəklər. Protokol tərtib etdik ki, həmin vərəqlərin surətini bizə veriləndən 48 saat sonra iş üzrə vəsatətlərimizi təqdim edəcəyik”.
 
 
V.Xasayev daha sonra bildirdi ki, israrlarına baxmayaraq onlara cinayət işinin materiallarındakı sənədlərin surətini verməyiblər: “Elşad İbrahimov mənə SMS yazdı ki, guya sənədlərin surətini bizə təqdim ediblər. Ona yazdım ki, əgər 600-dən çox səhifədən ibarət sənədlərin surətini bizə versəydiz, bu haqda protokol tərtib etməli idiz. Bizə müdafiə hüququnu gerçəkləşdirmək üçün sənədlərin surətini verin. Cavab yazmadı. Mayın 31-də dedilər ki, Naxçıvan Prokurorluğuna gəlib ittiham aktının surətini ala bilərik. Ora gedib Vəli Əsgərovla görüşmək istədik.  Bizi gecəyarısına qədər gözlətdilər, sonda da görüş vermədilər”.
V.Xasayev deyir ki, Naxçıvan Prokurorluğunda, istintaq təcridxanasında üzşləşdikləri qanunsuzluqlarla bağlı Ombudsmanlığın, Baş Prokurorluğun qaynar xəttinə məlumat verib. Lakin heç bir tədbir görülməyib: “Biz Vəli Əsgərovun sağlıq durumundan çox narahatıq. Bizə onu müdafiə etməyə imkan vermirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam