Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağdaşda dəhşət: dayı bacısı oğlunu baltaladı

Ağdaş rayonunda dayı bacısı oğlunu baltalayıb.

Xeberinfo.com:   APA-nın xəbərinə görə, hadisə rayonun Kükəl kəndində qeydə alınıb. Mingəçevir şəhər sakinləri olan 1970-ci il təvəllüdlü İbrahimov Cavid Mayıl oğlu və onun bacısı oğlu, 1978-ci il təvəllüdlü Sofiyev Mustafa Rüfət oğlu Ağdaşın Kükəl kəndində spirtli içki qəbul edəndən sonra onların arasında münaqişə yaranıb. Cavid İbrahimov onu söyən bacısı oğlu Mustafa Sofiyevin başına, sifətinə və qollarına balta ilə bir neçə dəfə xəsarət yetirib.

Çoxlu qan itirən Mustafa Sofiyev təcili olaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mustafa Sofiyev əməliyyat olunub, vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Cavid İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam