Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məktəbdə qanlı olay: şagirdlərin gözü qarşısında ər arvadını bıçaqladı

 

Bakının Xəzər rayonunda cinayət hadisəsi baş verib. 

Xeberinfo.com:   Hadisə Binə qəsəbəsində S.Abbasov adına 117 nömrəli orta məktəbin həyətində baş verib. Dəmirova Ruziyyə keçmiş yoldaşı tərəfindən məktəb şagirdlərinin gözü qarşısında bıçaqlanıb. 

Xoşbəxtlikdən R.Dəmirovanın həyatını xilas etmək mümkün olub.

117 nömrəli məktəbdən isə aznews.az –a hadisəni təsdiq etsələr də, cinayətin sözügedən təhsil ocağından kənarda baş verdiyini bildirdilər. Məktəbdən verilən məlumata görə, hadisə üzrə Xəzər Rayonu Polis İdarəsinin 2-ci Polis Bölməsində cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır. 

APA-nın məlumatına görə, Ruziyyə Dəmirova həyat yoldaşından boşanandan sonra keçmiş əri iki azyaşlı oğlunu öz yanında saxlayıb. Ruziyyə Dəmirova da məktəbdə oxuyan uşaqlarını görmək üçün dərs vaxtının sonunda məktəbə gedib. Bu zaman uşaqların atası da məktəbə gəlib. Ruziyyənin uşaqlarla söhbət etməsini görən keçmiş əri bıçaqla ona hücum edib. Keçmiş ər uşaqlarının gözü qarşısında Ruziyyə Dəmirovanı bıçaqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam