Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vəkillər Kollegiyası daha bir tanınmış vəkillə məhkəmədə üz-üzə gəldi

Vəkillər Kollegiyası daha bir tanınmış vəkillə məhkəmədə üz-üzə gəldi

Müzəffər Baxış: “Bu iddia Ramiz Rzayev haqda söylədiyim həqiqətə söykənən, dəqiq, dürüst fikirlərimlə bağlıdır”

 

 
Xeberinfo.com:  Nərimanov Rayon Məhkəməsində Vəkillər Kollegiyasının rəyasət heyətinin təqdimatı üzrə vəkil Müzəffər Baxışın vəlillik fəaliyyətinə xitam verilməsi barədə iddaya baxılır. Artıq iş üzrə hazırlıq iclası keçirilib. Məhkəməyə hakim Gültəkin Əsədova sədrlik edib. Hazırlıq iclasında məlum olub ki, iddia səhv verilib. Belə bir iddia ilə Vəkillər Kollegiyasının rəyasət heyəti deyil, Vəkillər Kollegiyası çıxış edə bilər. Vəkil bunu VK-nın rəyasət heyətinin hüquqi şəxs deyil, hüquqi şəxsin idarəedici orqanı olması ilə əsaslandırıb. O deyib ki, qanunvericiliyə görə, iddiaları hüquqi şəxslər qaldıra bilər, onların idarəedici orqanları müstəqil iddialar verə bilməzlər.
M.Baxış vəkilləri müdafiə etməli bir orqan tərəfindən məhkəməyə verilməsi ilə bağlı “Yeni Müsavat” əməkdaşına bunları deyib: “Vəkillər Kollegiyasının rəyasət heyəti vəkil səlahiyyətlərimə xitam verilməsi üçün məni məhkəməyə verib, vəkil kimi fəaliyyətimi dayandırıblar. Bu iddia qanunsuz və əsassızdır. Bu iddia Ali Məhkəmənin sədri Ramiz Rzayev haqda söylədiyim həqiqətə söykənən, dəqiq, dürüst fikirlərimlə bağlıdır. Azərbaycan prezidenti dəfələrlə deyib ki, cəmiyyətdə olan vəzifəli şəxslər tərəfindən törədilən qanun pozuntuları barəsində hər bir şəxs məlumat, siqnal verməlidir. Mən də KİV-də Ramiz Rzayevin korrupsiya hərəkətləri barəsində - yəni 12 noyabr 2015-ci ildə Ali Məhkəmədə kassasiya şikayətinə baxılarkən ciddi qanun pozuntusuna yol verilməsi haqda məlumat vermişəmi. Həmin işə də hakim Tatyana Qoldmanın sədrliyilə baxılmışdı. O, heç bir hüquqi əsası olmayan qərar qəbul etmişdi. O işdəki tərəflərdən biri Müdafiə Nazirliyinin keçmiş stomatoloji poliklinikasının rəisi Fərhad Hacıyev idi. Məndə də dəqiq məlumat vardı ki, Fərhad Hacıyev Ali Məhkəmənin sədri Ramiz Rzayevin şəxsi diş həkimidir və Ramiz Rzayevin göstərişilə onun xeyrinə qərar verilmişdi. Noyabrın 17-də "moderator.az" saytına açıqlamada bunu demişdim. Bunu əsas tutaraq, barəmdə Vəkillər Kollegiyasına müraciət olunmuşdu. Həmin sayta dediklərim tam olaraq həqiqəti əks etdirir. Ramiz Rzayev belə qanunsuz əməllərlə məşğuldur. Tatyana Qoldman tərəfindən qəbul edilmiş həmin qərarla tanış olan hər bir şəxs qanunsuz və əsassız olduğuna tam əmin olacaq. Məni məhz həmin fikirlərimə görə Ramiz Rzayevin sifarişi əsasında Vəkillər Kollegiyasının rəyasət heyətini öz təsiri altına keçirən Azər Tağıyev vasitəsi ilə təqib edirlər”.
Tanınmış vəkilin işi üzrə məhkəmə baxışı 23 may saat 15:00-a təyin olunub. M.Baxışa qarşı iddiaya mərkəzi ofisi Cenevrə şəhərində yerləşən, 60-dan çox ölkəni özündə biləşdirən Beynəlxalq Hüquqşünaslar Komissiyası  bəyanat verməklə münasibətini açıqlayıb. Bəyanatda deyilir: “Beynəlxalq Hüquqşünaslar Komissiyası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə işlərində vəkillərin ifadə azadlığına hörmət edilməsinə çağırır. Beynəlxalq Hüquqşünaslar Komissiyası (BHK) vəkil Müzəffər Baxışın Nərimanov Rayon Məhkəməsində baxılacaq Vəkillər Kollegiyası üzvlüyündən xaric olunma işi ilə bağlı öz narahatlığını ifadə edir. BHK vəkillidən xaric edilmə ilə bağlı icraat zamanı vəkillərin rolu haqqında beynəlxalq standardlara hörmət edilməsinə və sanksiyaların ifadə azadlığına zidd tətbiq edilməməsinə çağırır. BKH anlayır ki, M.Baxış barəsində Rəyasət Heyətinin baxdığı və məhkəməyə müraciət etdiyi inzibati icraat onun Azərbaycan məhkəmə sistemi ilə bağlı tənqidi fikirləri ilə əlaqədardır. M.Baxış müsahibələrində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının çox sayda insanın həbsini və həmin sifarişli həbslərlə bağlı hakimlərin müvafiq araşdırma aparmadan həyata keçirməsini tənqid edib. O, həmçinin hakimlərin ixtiyari həbslərin qarşısının alınmasında kifayət qədər cavabdehliyinin olmaması ilə bağlı narahatlığını ifadə edib. Beynəlxalq hüquq və standardlara əsasən hüquqşünaslar da digər fərdlər kimi ifadə azadlığı hüququndan, hətta öz ixtisasları çərçivəsində tam şəkildə istifadə etmə azadlığına sahibdirlər. Vəkillərin ifadə azadlıqlarının qorunması yalnız göstərilən məsələlərlə bağlı vacib deyil. Bu həmçinin vəkillərin demokratik cəmiyyətlərdə hüququn aliliyi və ədalət barədə şərhlər vermək üçün daşıdığı ictimai funksiyanı qorumaq üçün vacibdir. Vəkillər bu və başqa peşəkar funskiyanı heç bir müdaxilə və ya hədə-qorxu olmadan həyata keçirməlidir. Ifadə azadlığı beynəlxalq insan hüquqları haqqında qanun, həmçinin Avropa Insan Hüquqları Konvensiyasının 10-cu maddəsi və Beynəlxalq Mülki və Siyasi hüquqlar haqqında Paktın 19-cu maddəsi ilə qorunur. Azərbaycan hər iki müqaviləyə üzvdür. BMT-nin vəkillərin rolu haqqında əsas prinsiplərində göstərir ki, vəkillərin ”…ədalət mühakiməsinin və insan hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı məsələlərin ictimai müzakirəsində iştirak etmək hüququ vardır…” Avropa Insan Hüquqları Məhkəməsi vurğulayır ki, vəkillər ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı ictimaiyyətdə şərh vermək hüququna o halda sahibdirlər ki, onların tənqidi ədalət mühakiməsinə hörmət, ləyaqət, şərəf və bütövlük kimi prinsiplərin hədləri çərçivəsində olsun. Beynəlxalq Hüquqşünaslar Komissiyası hesab edir ki, vəkillərin istər məhkəmə zalında, istərsə də digər yerlərdə məhkəmə sistemi haqqında səsləndirdiyi tənqidi fikirlərə görə tətbiq edilən intizam icraatları ifadə azadlığına qarşı müdaxilədir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Maurice Fransaya qarşı” işində bu məsələ xüsusilə vurğulanaraq bildirilir ki, iddialar xoş niyyətlə təqdim edilib və sübutlarla əsaslandırılıb”.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam