Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir tikinti şirkəti ilə bağlı - Korrupsiya

 

   "xeberinfo.com": Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsi barəsində olan cinayət işibaxılması üçün məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, “Şaiq”, “Stil-Tikinti” və “Universal Servis” MTK-ların vəzifəli şəxsi tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. 

 

      Aparılan istintaqla adıçəkilən MTK-larda müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxsin həmin kooperativlərin Xətai rayonu ərazisində inşa etdiyi yaşayış binalarının sakinlərindən mənzillərində peyk antenaları quraşdırılacağı adı altında yalandan vəd verib ümumilikdə 19 min 178 manat məbləğində vəsaiti alıb ələ keçirməsində, habelə həmin MTK-lar tərəfindən inşa edilən yaşayış binalarından 36 mənzili ayrı-ayrı şəxslərə satmaqla əldə etdiyi ümumilikdə 1 milyon 566 min 511 manat məbləğində özgənin külli miqdarda əmlakını mənimsəməsində və digər qanunsuzluqlara yol verib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 179.3.2-ci (mənimsəmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

   İstintaq dövründə 1 milyon 360 min 689 manat məbləğində ziyanın ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam