Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Siqaret qaçaqmalçılarına xəbərdarlıq

2016-cı ilin ilk 3 ayı ərzində gömrük orqanları tərəfindən 1 273 350 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Xeberinfo.com:  Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qaçaqmalçılıq faktları Aksiz Baş Gömrük İdarəsi, Tovuz, Xaçmaz, Astara, Balakən və Biləsuvar Gömrük İdarələri tərəfindən aşkar edilib.

Xüsusilə Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən rayonların bəzi sakinləri gün ərzində dövlət sərhədini bir neçə dəfə keçərək siqaret qaçaqmalçılığı ilə məşğul olan möhtəkirlərdən aldıqları müəyyən məbləğə görə onlara aid siqaretləri daşımaqla məşğul olurlar, ümumiyyətlə, sui-istifadə hallarına yol verirlər.

Komitə bəyan edir ki, bu şəxslərin müəyyən edilməsi və onların qanunsuz əməllərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir və bundan sonra da bu tədbirlər davam etdiriləcək.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşlara xəbərdarlıq edir ki, sui-istifadə hallarına yol verməsinlər və mövcud qanunvericilikdə nəzərdə tutulan miqdardan artıq siqaretlərin ölkə ərazisinə gətirilməsinin qarşısı qətiyyətlə alınacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam