Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Biznesmen Cahangir Hacıyevin maxinasiyalarına görə girov qaldı

Bakının “İnter” futbol klubunun keçmiş prezidenti, tanınmış bolqar məşqçi Georgi Nikolov Azərbaycanı tərk edib vətəninə qayıda bilmir.

Xeberinfo.com:  Virtualaz.org xəbər verir ki, bunun səbəbi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bankın milyardlarla manat vəsaitinin batmasına, talanmasına səbəb olan maxinasiyalarıdır.

Nikolov ötən il dekabrın 5-də klubu tərk edib. Bolqar məşqçi 2006-cı ildən bu klubun prezidenti idi, klubun sponsoru isə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri C.Hacıyev olub. G.Nikolovun ölkədən çıxışına DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qadağa qoyub. Belə görünür ki, onun adı Beynəlxalq Bankın işində keçir. Lakin bolqar məşqçiyə qarşı rəsmi ittihamın irəli sürüldüyü haqda məlumat yoxdur.

Yanvar ayında “İnter” klubun yeni rəhbərliyi fəaliyyətə başlayıb, bu zaman Beynəlxalq Bank və klub G.Nikolova qarşı hansısa maliyyə iddialarının olmadığını bildiriblər. Bu barədə müvafiq sənəd DİN-ə göndərilib. Ancaq DİN bolqar iş adamının ölkədən çıxışına qoyulan qadağanı götürmür.

 

“İnter”in keçmiş prezidenti Bolqarıstan hakimiyyətinə müraciət edib. Ona Bolqarıstanın Ədliyyə Nazirliyindən iki cavab məktubu göndərilib, bu məktublarda G.Nikolovun işi ilə bağlı Azərbaycan hakimiyyətinə sorğu göndərildiyi bildirilir. Bolqarıstan prezidenti Rosen Plevnelievin administrasiyasından isə bildiriblər ki, iş adamının məsələsi XİN-ə həvalə olunub.

R.Plevneliyev bu günlərdə Bakıda səfərdə olub və prezident İlham Əliyevlə görüşüb. “İnter”in keçmiş prezidenti ümid edir ki, görüşdə onun məsələsinə də toxunublar. “Mən bilmirəm ki, nə edim. Bakıda pulsuz-parasız qalmışam, dostlarımdan pul xahiş etməyə məcburam. Beynəlxalq Bank yazılı şəkildə bildirib ki, mənə qarşı heç bir iddiaları yoxdur.Bolqarıstan parlamentinin deputatları Azərbaycan Milli Məclisinə müraciət edərək mənim məsələmə kömək etməyi xahiş ediblər. Ancaq nəticəsi yoxdur, deyirlər ki, mənim ölkədən çıxmağıma ancaq DİN icazə verməlidir”-iş adamı bildirib.

Virtualaz.org dəqiqləşdirib ki, G.Nikolovun Cahangir Hacıyevlə sıx münasibətləri olub. Ehtimal ki, C.Hacıyev onun vasitəsilə bankın pullarını müxtəlif layihələrə yönəldib və mənimsəyib. Hüquq-mühafizə orqanları isə bu mənimsəmədə bolqar iş adamının rolunu araşdırmağa çalışırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam