Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

16 nəfərin ölümü ilə "MTN işi" arasında hansı əlaqə var?

mtnYanan binaya görə həbs edilən şirkət rəhbərinin istintaqa ilginc faktlar açıqladığı barədə iddialar var

Xeberinfo.com:  Hələ bir müddət əvvəl məlumat yaymışdıq ki, “MTN işi”lə 2015-ci ilin mayında Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğın arasında əlaqə var. Məlumatda deyilirdi ki, yanğınla bağlı istintaq yekunlaşıb məhkəməyə göndərilməli olsa da, “MTN işi”nə görə bu məsələ saxlanılıb. Xatırladaq ki, Abid Şərifov hadisədən təxminən iki ay sonra bildirmişdi ki, istintaq 10 günə yekunlaşacaq.

Iddia olunur ki, yanğın hadisəsinin “kredit qalmaqalı” ilə bağlı eyni vaxta təsadüf etməsi hakimiyyətin zirvəsində şübhələrə səbəb olub. Ona görə də istintaqın hərtərəfli aparılması, bütün versiyaların, şübhələrin yoxlanılması tapşırılıb. “MTN işi” isə bu məsələyə diqqəti daha da artırıb. Iddia olunur ki, baş verənlərdə MTN-dəki şəbəkənin rolu olub-olmadığı ciddi şəkildə araşdırılır.

Dünən bununla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Iddialara görə, yanğın hadisəsinə görə həbs edilən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov istintaqa ifadəsində MTN-lə bağlı da hansısa faktlar açıqlayıb. Bizdə Miryusif Mahmudovun konkret hansı faktları açıqladığı barədə dəqiq bilgi yoxdur. Lakin o bəllidir ki, həbsdə olan iş adamı yanğınla “MTN işi” arasında əlaqəyə dair bəzi ilginc detalları açıqlayıb.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam