Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yanan bina ilə “MTN işi” arasında hansı əlaqə var?

 

15 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı istintaqın uzadılması barədə şok iddialar

Xeberinfo.com:  Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və komandasının əmlakları siyahıya alınır. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, vəzifədə olduqları müddətdə əldə etdikləri sərvət onlarınəllərindən alınacaq.

MTN işi” ilə bağlı redaksiyamıza başqa bir məlumat da daxil olub. Məlumatda deyilir ki, bu ilin mayında Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı istintaq yekunlaşıb məhkəməyəgöndərilməli olsa da, “MTN işi”nə görə bu məsələ saxlanılıb. Xatırladaq ki, Abid Şərifov hələ iyul ayında bildirmişdi ki, istintaq 10 günə yekunlaşacaq.

Iddia olunur ki, yanğın hadisəsinin “kredit qalmaqalı” ilə bağlı eyni vaxta təsadüf etməsi hakimiyyətin zirvəsində şübhələrə səbəb olub. Ona görə də istintaqın hərtərəfli aparılması, bütün versiyaların, şübhələrin yoxlanılması tapşırılıb. “MTN işi” isə bu məsələyə diqqəti daha da artırıb. Iddia olunur ki, baş verənlərdəMTN-dəki şəbəkənin rolu olub-olmadığı ciddi şəkildə araşdırılır.

Bu arada adı “MTN işi”ndə hallanan prezidentin iqtisadi məsələlər üzrə köçəkçisi Əli Əsədov haqqında deyilənlərə aydınlıq gətirib. O, musavat.com-a bildirib ki, barəsində haqqında deyilənlərin heç bir əsası yoxdur: “Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub, uzun müddət milli təhlükəsizlik naziri postunu tutub. Artıq o, sabiq nazirdi”.

Həbs olunacağı barədə mətbuatda yazılanlara cavab olaraq Əli Əsədov “mənim həbs olunacağım barədədeyilənlərin əsası yoxdu, cinayət etməmişəm ki, tutulam” cavabını verib.

Qeyd edək ki, qəzetimizin dünənki sayında Əli Əsədovun Azərbaycan Milli Elmlər Akademiyasının Iqtisadiyyat Institutunda çalışan xanımının işdən çıxarıldığı barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Əli Əsədovun xanımının işdən çıxarılması “MTN işi”lə bağlıdır. Əli Əsədov Eldar Mahmudovun yaxın qohumudur. Eldar Mahmudovun milli təhlükəsizlik naziri təyin olunmasında onun da rolu olub. Eldar Mahmudov işdən çıxarılandan sonra Əli Əsədovun da hədəfə gəldiyi iddia olunur.

Aznews.az saytı isə Binəqədidə intihara cəhd edən sahibkar Ilqar Məmmədovun “MTN işi”nə görə həbs olunan Akif Çovdarovla əlaqələrini araşdırıb.

Sayt əvvəlcə xatırladıb ki, yarımçıq tikilinin sonuncu mərtəbəsinə qalxaraq özünü oradan atmaq istəyən Ilqar Məmmədovu fikrindən Binəqədi rayon icra başçısı Xaləddin Isgəndərov döndərə bilib. Başçının xahişi ilə inadından əl çəkən iş adamı ilə Xaləddin Isgəndərovun 15 dəqiqəlik görüşündən sonra açıqlama yayılıb ki, dördmərtəbəli həmin obyekt qanunsuz tikilib. Başçı iş adamına obyektin söküləcəyini bəyan edib, iş adamı isə tikintiyə xərclədiyi 500 min manatın geri qaytarılmasını istəyib. Binəqədi rayon Icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva Modern.az saytına bildirib ki, sahibkarın qanunsuz tikilisi ilə bağlı ona dəfələrlə məlumat verilsə də, buna məhəl qoymayıb: “2008-2010-cu ildən sahibkar Zeytun bağlarında qanunsuz obyekt tikməyə başlayıb. Ona dəfələrlə Icra Hakimiyyətindən xəbərdarlıq edilib ki, Zeytun bağlarının qırılması hesabına orada obyekt tikmək olmaz. Lakin o, buna məhəl qoymayıb və obyekti tikib. Daha sonra bizim tərəfimizdən tələb qoyuldu ki, o, öz hesabına həmin qanunsuz tikilini söksün”.

Sayt daha sonra yazır: “Maraqlıdır, icra hakimiyyətinin israrlı tələblərinə baxmayaraq, uzun müddətdir aparılan tikinti necə olub ki, bu günə qədər sökülməyib? Adi vətəndaş həyətyanı sahəsində daşı daş üstündə qoymaq istəyəndə müvafiq qurumlar dərhal onun başının üstünü kəsdirərək daşları bir-birindən ayırır. Ancaq 4 mərtəbəyə çatdırılan obyektin bir daşı belə sökülməyib.

Onu da qeyd edək ki, Zeytunluq ərazisinə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi, hazırda “MTN işi” ilə əlaqədar həbs olunan general Akif Çovdarov nəzarət edirmiş. Mübahisəli obyektin də məhz Akif Çovdarova aid olduğunu deməyə əsaslar var. Əks təqdirdə, Binəqədi icra başçısının “sökülsün” tələbi qulaqardına vurulmaz, nəticədə general həbs olunandan sonra, iş adamı intihara cəhd göstərməzdi. Nə qədər ki, Akif Çovdarov iş başında idi, icra hakimiyyəti obyektə qarşı tam gücü ilə hücuma keçəbilmirmiş. Burada ya qorxu, ya da dostluq amili əsas rol oynayıb. Hər halda icra başçısının qorxaqlıq nümayiş etdirdiyini demək məntiqsiz olardı, belə də ortada dostluq amili qalır.

Yəqin ki, Akif Çovdarovla, Xaləddin Isgəndərovun münasibətlərindəki istilik, obyektin başı üzərindənəsən soyuq küləklərin səmtini bu günə qədər dəyişə bilirmiş. Bu gün isə nə Akif Çovdarov var, nə dəaradakı dostluq telləri.

Icra Hakimiyyətinin məsul şəxsi bu məqama aydınlıq gətirməyib. Rəvanə xanım ümumi şəkildə belə deyib: “Obyekt çoxdan tikilib və biz ona xəbərdarlıq etmişik. Vəsaitə gəlincə, o, Icra Hakimiyyətinə heç bir pul ödəməyib. Başqa qurumlara ödəyibsə, onu sahibkardan dəqiqləşdirmək lazımdır. Bu haqda məlumatlı deyilik. Sadəcə, ona tələb qoyulub ki, sökülsün”.

Aznews.az Binəqədi icra başçısının müavini Aygün Əliyeva ilə əlaqə saxlayaraq, obyektin niyə məhz indi sökülməsinin tələb olunduğuna aydınlıq gətirməyə çalışıb. Aygün Əliyevanın da cavabı Rəvanə Əliyevanın dediklərindən fərqlənməyib. Başçının müavini “obyekt niyə məhz indi sökülür, bu illəərzində niyə Icra Hakimiyyəti heç bir addım atmayıb?” suallarından yayınaraq obyekt sahibinin qırdığı ağacların yerinəyenilərinin əkiləcəyini deyib: “Həmin sahibkara dəfələrlə xəbərdarlıq olunub. Amma edilən bu xəbərdarlıqlara baxmayaraq bu tikilini qaldırıb. Zeytun bağlarında istər yaşayış obyektlərinin, istərsə dədigər obyektlərin tikintisi qadağandır. Bu səbəbdən ona müxtəlif qurumlardan da xəbərdarlıqlar olunub. Xəbərdarlıqlara məhəl qoymadığı üçün öz hesabına sökdürməsi ilə bağlı tapşırıq verilib. Hətta oranın tikintiki bir neçə müddətlik saxlanılıb.

Nəticədə qərar verilib ki, sahibkar qanunlardan kənara çıxır. Ona görə də sökülməlidir. Ağacları bərpa eləmək çətin bir məsələ deyil. Həmin ərazidə yeni zeytun ağacları əkiləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam