Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOCAR-ın filial rəhbərinin pulu oğurlandı - 150 min

 

Azərbaycanın neft şirkəti SOCAR-ın Türkiyə filialının rəhbəri və Türkiyənin kimya şirkəti olan “Petkim”-in idarə heyətinin üzvü Kənan Yavuz dələduzluq hadisəsinin qurbanı olub. 
Xeberinfo.com:   Məlumata görə, Kənan Yavuz bir ticarət mərkəzində kredit kartında yaranan problemlə bağlı banka zəng edib. Bankın müştəri xidmətlərindən isə ona, kredit kartını itirdiyi üçün banka müraciət edərək kartı ləğv etdiyini və yeni kartın da onun ünvanına göndərildiyini bildiriblər. 
Şirkət rəhbəri kartını itirmədiyini və bununla bağlı da banka müraciət etmədiyini desə də artıq iş işdən keçmiş olub. Yeni kartı ləğv etmək istəyən iş adamına artıq yeni kartdan 150 min türk lirəsinin çəkildiyi bildirilib. 
Polisin araşdırması zamanı məlum olub ki, naməlum bir şəxs Kənan Yavuzun şəxsi məlumatlarını ələ keçirərək bankın müştəri xidmətlərinə zəng edib. Həmin şəxs köhnə kartın ləğv olunmasını və yeni kartın ünvana göndərilməsini istəyib. 
Fırıldaqçılar kartın göndərilməsi üçün yeni ünvan və yeni bir telefon nömrəsi söyləyərək kartın limitini də yüksəldiblər. 
Əldə olunan məlumata görə cinayəti işləyən şəxs artıq polis tərəfindən həbs olunub.. Hadisə ilə bağlı davam etdirilən istintaq zamanı iki nəfərin də cinayətə şərik olduğu aşkarlanıb. Polis həmin şəxsləri axtarır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam